“Ziraat Bank Azərbaycan” ASC 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatını açıqlayıb. FED.az xəbər verir ki, hesabat bankın faiz gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını göstərib.
Bankın faiz gəlirləri 56,3 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 milyon manat (43,2%) artımdır.
Bu artımın əsas səbəbi, kreditlər üzrə faizlərin 43,4 milyon manata bərabər olmasıdır. İllik müqayisədə 14,2 milyon manat (48,7%) artım baş verib.
Digər maliyyə institutlarına kreditlərdən əldə edilən gəlir 2 milyon manata yüksəlib. Bu da illik 1 milyon manat (2,1 dəfə) artım deməkdir.
Ödəniş müddətinədək saxlanılan qiymətli kağızlardan gəlir 2,6 milyon manat olub.
Ticarət qiymətli kağızları üzrə faiz gəliri isə 862,3 min manat təşkil edib.
Hesabat dövründə faiz xərcləri 24,9 milyon manat təşkil edib. Bu da illik müqayisədə 12,2 milyon manat (95,8%) artıma bərabərdir.
Depozitlər üzrə faizlər 4,6 milyon manat (46,1%) artaraq 14,6 milyon manata çatıb.
Bankların depozitləri üzrə xərclər 3,4 milyon manata bərabər olub. Bu da illik 2,7 milyon manat (5,2 dəfə) artım deməkdir.
Digər maliyyə institutlarının depozitləri üzrə xərclər 4,3 milyon manat və ya 4,2 dəfə artaraq 5,7 milyon manata yüksəlib.
Beynəlxalq maliyyə institutlarından alınan borclar üzrə xərclər isə 1,2 milyon manat olub.
Nəticədə, bankın xalis faiz gəlirləri 31,4 milyon manat təşkil edib. Bu da illik 4,8 milyon manat (18%) artımdır.
Bankın qeyri-faiz gəlirləri 18,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 milyon manat və ya 38,2% artım deməkdir.
Buu gəlirlərdən digər xidmət növlərindən komisyon gəlirinin payı 6,2 milyon manata bərabər olub. Bu da illik 3,1 milyon manat, başqa sözlə 2 dəfə artıma bərabərdir.
Hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri 6,7 milyon manat təşkil edib. Bu da 2024-cü ilin 3-cü rübünə nəzərən 1,2 milyon manat (20,7%) çoxdur.
Valyuta əməliyyatlarından xalis gəlir 4,5 milyon manat olub.
Bankın qeyri-faiz xərcləri 21,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 milyon manat (25%) artımdır.
Əmək haqqı və digər kompensasiya növləri 2,2 milyon manat (30,9%) artaraq 9,2 milyon manata çatıb.
Bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər 5,4 milyon manat olub. Bu da illik 1,2 milyon manat (30,3%) çoxdur.
Göstərilmiş xidmətlər üzrə haqq və komissiya xərcləri isə 3,7 milyon manat təşkil edib ki, bu da illik 636,7 min manat və ya 20,7% artımdır.
Bu amillərin birgə təsiri ilə Bankın əməliyyat mənfəəti 29,2 milyon manata yüksəlib. Bu, ötən ilin müvafiq dövründəki göstəricini 5,8 milyon manat (24,9%) üstələyir.
Bankın əməliyyat mənfəəti 29,2 milyon manata yüksəlib. Bu, son bir il ərzində 5,8 milyon manat və ya 24,9% çoxdur..
Hesabat dövründə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 5,8 milyon manata bərabərdir.
Bu amillərin birgə təsiri ilə "ZiraatBank Azərbaycan"ın vergilər və gözlənilməz xərclər ödənilənədək mənfəəti 23,4 milyon manat olub. Bu da illik 10,1 milyon manat (76%) artım deməkdir.
Hesabat dövründə "ZiraatBank Azərbaycan" 5,1 milyon manat mənfəət vergisi ödəyib. Bu isə ötən ilin eyni dövründəki ödənişdən 3milyon manat (2,4 dəfə) artıqdır.
"ZiraatBank Azərbaycan" 2025-ci ilin 9 ayını 18,4 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün nəticəsindən 7,1 milyon manat və ya 62,6% daha çoxdur.
"ZiraatBank Azərbaycan" 1 milyard 234 milyon manat cəmi aktivlərə malik olub. Bu, ilin əvvəli ilə müqayisədə 312,4 milyon manat (33,9%) artıma bərabərdir.
Bundan banklar və digər maliyyə institutlarındakı depozitlərin 307,3 milyon manata bərabə olub ki, nəticədə, 194,1 milyon manatlıq (2,7 dəfə) kəskin artım baş verib.
Müştərilərə verilmiş xalis kreditlər 715,9 milyon manata yüksəlib. Bu, ilin əvvəli ilə müqayisədə 195,4 milyon manat (37,5%) artımdır.
"Nostro" hesabları 10,4 milyon manata təşkil edib.
Mərkazi Bankda müxbir hesab isə 34 milyon manata bərabər olub.
Bundan başqa nağd vəsaitlər 13,1 milyon manat, qiymətli kağızlar 57,8 milyon manat, banklara verilən kreditlər 23,7 milyon manat, cigər maliyyə institutlarına verilən kreditlər isə 30,0 milyon manat, əsas vəsaitlər 19,0 milyon manat, qeyri-maddi aktivlər 5,0 milyon manat, digər aktivlər isə 15,8 milyon manat təşkil edib.
"ZiraatBank Azərbaycan"ın cəmi öhdəlikləri 1 milyard 79 milyon manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 291,8 milyon manat (37,1%) artımdır.
Bu artımın əsas səbəbi, bankların və digər maliyyə institutlarının depozitlərinin 357,5 milyon manata bərabər olub. Bu da doqquz ay ərzində 199,1 milyon manatlıq (2,3 dəfə) artımın baş verməsidir.
Digər maliyyə institutlarının kreditləri 76,6 milyon manata yüksəlib. Bu da ötən ilin sonuna nəzərən 25 milyon manat (48,6%) artımdır.
Depozitlər (banklar və digər maliyyə institutları istisna olmaqla) 63,2 milyon manat (11,2%) artaraq 628,8 milyon manata yüksəlib.
Hüquqi şəxslərin tələbli depozitləri 302,9 milyon manata bərabər olub. Ötən ilin sonu ili müqayisədə 47,4 milyon manatlıq (18,5%) artım baş verib..
Hüquqi şəxslərin müddətli depozitləri 25,1 milyon manat (21,4%) artaraq 142,6 milyon manata çatıb.
Fiziki şəxslərin tələbli depozitləri 35,7 milyon manat, fiziki şəxslərin müddətli depozitləri isə 147,7 milyon manat təşkil edib.
Digər passivlər isə 15,6 milyon manata bərabər olub ki, nəticədə, 5,1 milyon manatlıq (48,2%) artım baş verib.
Bankın cəmi kapitalı 154,3 milyon manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 20,8 milyon manat (15,6%) artımdır.
Bu artımın əsas səbəbi, xüsusi kapitalın 141,6 milyon manata bərabər olmasıdır ki, bu göstərici 18,4 milyon manat (14,9%) artıb.
Bölüşdürülmüş mənfəət 76,1 milyon manata bərabər olmaqla 18,4 milyon manat (31,8%) artıb. B
Cari ilin xalis mənfəəti 18,4 milyon manat təşkil edib.
Kapital ehtiyatları isə 57,7 milyon manat olub.
Dövriyyəyə buraxılmış adi səhmlər isə 65,5 milyon manat səviyyəsində dəyişməz qalıb.
Ümumi ehtiyatlar 12,8 milyon manata yüksəlib. Bu da ilin əvvəli ilə müqayisədə 2,4 milyon manat (23,7%) artımdır.
Kreditlər üzrə ehtiyatlar 2,6 milyon manat (29,6%) artımla 11,5 milyon manata yüksəlib.
Digər ümumi ehtiyatlar isə 1,2 milyon manat olub.