Ölkənin aparıcı banklarından olan «Yelo bank»ın faiz gəlirləri 2025-ci ilin ilk 6 ayında 10%-dən çox artıb.
Yelo Bank-dan yeni rekord: kredit portfeli - 1 MİLYARD MANATA ÇATDI!
FED.az bankın hesabatına əsasən bildirir ki, ilk yarım ildə «Yelo Bank»ın cəmi faiz gəlirləri 83 milyon 866 min manata yüksəlib.
Bu 2024-cü ilin eyni dövrünə nisbətən 8 milyon manat və ya 10,6% artıqdır.
Faiz gəlirlərinin böyük hissəsi müştərilərə verilən kreditlər üzrə faizlərdən daxilolmalardır – 79,1 milyon manat. Bu əvvəlki illə müqayisədə 16 milyon manat və ya 25% artıqdır.
Kredit portfelinin gəlirlərinin çoxalması ötən müddət ərzində «Yelo bank»ın kredit portfelinin böyüməsi ilə bağlıdır. Xatırladaq ki, bankın apardığı aktiv kreditləşmə tədbirləri nəticəsində 2-ci rübün sonuna bankın kredit portfeli 1 milyard manata çatır. Bunun böyük hissəsi – 611 milyon manat və ya 60%-i biznes kreditlərinin payına düşüb. Bundan başqa, ilk yarım ildə «Yelo Bank» digər banklara və maliyyə institutlarına verilən kreditlər üzrə 497 min manat, başqa banklarda yerləşdirilən depozitlərdən isə 3 milyon 965 min manat faiz gəliri əldə edib.
Bankın qiymətli kağızlara yatırımları isə ona 130 min mana gəlir gətirib.