Azərbaycanın aparıcı bankları 2022-ci ilin 4-cü rübünün nəticələrini açıqlayırlar.
“Yapı Kredi Bank Azərbaycan” 2022-ci ili - MƏNFƏƏTLƏ BAŞA VURDU
FED.az xəbər verir ki, bunlardan «Yapı Kredi Bank Azərbaycan» 2022-ci ili 1,1 milyon manat mənfəətlə başa vurub.
Bankın gəlirlərinin artması və mənfəətə çıxmasında valyuta əməliyyatlarından əldə edilən gəlirlərin də rolu olub.
FED.az «Yapı Kredi Bank Azərbaycan»ın hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə bankın xarici valyuta əməliyyatlarından ələd edilən gəlirləri 50% artıb.
Belə ki, 2021-ci ildə bank bu əməliyyatlardan 4 milyon 147 min manat gəlir əldə etmişdisə, 2022-ci ilin yekununda bu rəqəm 6 milyon 338 min manat və ya 52,8% artıq olub.