Bu ilin 1-ci rübü üzrə Azərbycanda xalis əməliyyat mənfəətində ən çox artım baş verən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların xalis əməliyyat mənfəətinin həcminə görə hazırladığı renkinqə istinadən xəbər verir ki, 4 bankın xalis əməliyyat mənfəətində kəskin artım hiss olunub.
Bunlardan birincisi "Bank VTB (Azərbaycan)"dır ki, bankın xalis mənfəəti son bir il ərzində 2,4 dəfə, başqa sözlə 1,6 mlyon manat artıb.
"Azərbaycan Sənaye Bankı"nda artım 2 dəfə (1,2 milyon manat) səviyyəsində hiss olunub.
"Turanbank" 79,8% (təxminən 3,1 milyon manat) artımla 3-cü olub.
"Bank of Baku" üzrə 45,4%, başqa sözlə 3 milyon manata yaxın artım qeydə alınıb.