“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Səhmdarların
növbədənkənar Ümumi Yığıncağı 30 mart 2022-ci il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, “Zoom” proqram təminatı vasitəsilə məsafədən keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:
1. Aşağıdakı məsələlərə baxılması barədə:
1.1. Əhəmiyyətli əqdlərin təsdiq edilməsi.
1.2. Kapitallaşdırma və bununla bağlı əlaqəli məsələlər.
1.3. Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarlarının icrası ilə bağlı səlahiyyətlərin
verilməsi barədə.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.