"Unibank” KB” ASC rəsmi veb-saytında səhmdar kapitalı barədə məlumatlarını yeniləyib.
"Unibank"ın kapitalı 31 milyon manat - ARTIB
FED.az Bankın saytına istinadən xəbər verir ki, “Unibank” KB” ASC-nin nizamnamə kapitalı 149 milyon 386 min 357.60 manat təşkil edir və səhmlərin buraxılması və yerləşdirilməsi yolu ilə formalaşıb, bu barədə məlumat aşağıdakı kimi açıqlanır:
Səhmlərinin depozitar uçotunu aparan və səhmlərin reyestr saxlayıcısı kimi Milli Depozit Mərkəzi çıxış edir.
Qeyd edilib ki, “Unibank” KB ASC 2023-cü il dekabrın 7-dək onun sərəncamında olan geri alınmış səhmlər üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 105-1.5.-ci maddəsinin müddəalarında nəzərdə tutulmuş qərarlar qəbul etmək hüququna malikdir. Geri alınmış səhmlər səsvermə zamanı nəzərə alınmır və onlar üzrə dividendlər hesablanmır. Bu səhmlər geri satın alındığı tarixdən bir il müddətində ya təkrarən yerləşdirilməli, ya da ümumi yığıncağın qərarı ilə ləğv edilməlidir.
Məlumatda bildirilir ki, hazırda “Unibank” KB ASC-nin səhmdarları sırasında Azərbaycan Respublikasının rezidenti olan 7 fiziki şəxs var (onlara məxsus səhmlərin nizamnamə kapitalındakı faiz nisbəti 92,5121% təşkil edir) və ən böyük (87,0320%) səhm zərfi Qəribov Eldar Mahmud oğluna məxsusdur.
Qeyd edək ki, bundan əvvəl Qəribov Eldar Mahmud oğlunun Unibankın nizamnamə kapitalındakı payı 86,6960% idi. Beləliklə, onun Bankın kapitalındakı payı 0,336 faiz bəndi artıb. (Marja)