Türkiyənin İstanbul şəhərində keçirilə təkrar bələdiyyə seçkilərindən sonra dollar lirə qarşısında ucuzlaşıb. Belə ki, İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi seçkisini CHP-nin namizədi Əkrəm İmamoğlunun qazanması Türk Lirəsinin dəyər qazanmasına səbəb olub.
Eləcə də bax: Yıldırım İmamoğlunun qalib gəldiyini açıqladı
FED.az xəbər verir ki, səhər saatlarına olan məlumata görə, dollar lirə qarşısında 0.86% dəyər itirərək 1 dollar 5,7722 lirə olub.
Məlumat üçün bildirək ki, avro da lirə qarşısında dəyər itirib. Belə ki, hazırda avro 0.81% ucuzlaşaraq 1 avro 6,5667 lirə olub.
Türkiyədə seçkilərdən sonra lirə bahalaşır - QİYMƏT

09:18
24 İyun 2019