Türkiyə Mərkəzi Bankı (TCMB) dolların 4.50 lirəni aşmasının ardından bəyanat verib.
FED.az xəbər verir ki, bəyanatda "Bazarlarda müşahidə edilən qeyri-sağlam məzənnə qiyməti prosesləri (Lirənin dəyərdən düşməsinə işarə edilir) yaxından təqib edilir. Proseslərin inflyasiya üzərindəki təsirləri də nəzərə alınaraq lazımi addımlar atılacaqdır" deyilir.
Açıqlamadan sonrası dollar 4.4170 lirəyə geriləyib (Saat 14:24-ə olan məlumat).
Mərkəzi Bankın sədri Murat Çətinkaya bu gün Prezident Rəcəb Tayyib Əroğan ilə görüşəcək.
Qeyd edək ki, ötən həftə Türkiyə Mərkəzi Bankı öz alətlərindən istifadə edərək Dollar 2 dəfə müdaxilə etsə də, bu müdaxilələr təsirsiz olmuşdu.