Türkiydə banklar test ediləcək. FED.az Türkiyənin Bank Tənzimləmə və Nəzarət Təşkilatına(TBTNT) istinadən xəbər verir ki, TBTNT-nin sektorda fəaliyyət göstərən banklarda maliyyə quruluşu təsbit və stress testlərini başlatdıqlarını bildirib.
Bildiyimiz kimi Türkiyə Xəzinə və Maliyyə naziri Berat Albayrak, 20 Sentyabr cümə axşamı günü Türkiyə iqtisadiyyatının önümüzdəki 3 illik yol xəritəsi olan Yeni İqtisadiyyat Proqramı açıqlayarkən, bankların aktual strukturlarını təsbit etmək üçün bazar ertəsi günü maliyyə struktur qiymətləndirmə işlərinə başlayacaqlarını açıqlamışdı.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dörd yüksək səviyyəli bank menecerindən alınan məlumata görə, TBTNT keçən həftə cümə günü sektorda “stress test” ediləcək bankların müəyyən edilməsi üçün işlər artıq başlayıb.
Bununla yanaşı, İstanbul Fond Birjasında bank səhmlərinin alışı sürətlə artıb və nəticədə bank İndeksi də 6,3% yüksəlib.
Mütəxəssislər hesab edir ki, bankların test edilməsi satınalmalara da ciddi təsir edəcək. Belə ki, ilin əvvəlindən 30-47 faiz aralığında azalma müşahidə edən bir çox bankların səhmləri dünən ciddi artımlar gördü. Ən yüksək artım “Vakıfbank” səhmlərində baş verib - 9,4%. “Qaranti Bankın” səhmləri isə 8%, “Akbank” səhmləri 6,5%, “Yapı Kredi” bankın səhmləri 5,1%, “İş Bankı”-nın səhmləri 4,4%, “Halkbank” səhmləri isə 3,6% artıb.