Azərbaycanın aparıcı banklarından olan «Paşa Bank»ın səhmlərinin bir hissəsi əhaliyə səhmlərin İlkin Kütləvi Təklif – İPO üsulu ilə əhaliyə satılacaq.
ABB-dən yüksək gəlirli - ƏMANƏT KAMPANİYASI!
Bankdan FED.az biznes və maliyyə xəbərləri portalına verilən məlumata görə, bankın kapitalının 5 faizi həcmində 932 926 ədəd səhm investorlara satılacaq.
Bankın sədri Cavid Quliyev bildirib ki, səhmlərin satışında məqsəd maliyyə dayanıqlığının gücləndirilməsi, şəffaflığın artırılması və kapital bazarına dəstəkdir. Xatırladaq ki, 2025-ci ildə «Paşa Bank»ın xalis mənfəəti azalıb. Bank ötən il 148 milyon manat xalis mənfəət əldə edi b ki, bu da 2024-cü illə müqayisədə 62 milyon manat və ya 30% azdır.
Xatırladaq ki, ölkədə səhmlərini əhaliyə satana ilk bank ölkənin Bank sektorunun lideri – Azərbaycan Beynəlxalq Bankı olub.












