"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2020-ci ildə Azərbaycan banklarında yeni kreditlərin həcmində azalma müşahidə ediləcəyini proqnozlaşdırır.
Eləcə də bax: "S&P" Azərbaycanın bank sektorunun risklərini qiymətləndirib
FED.az xəbər verir ki, bu barədə "S&P Global Ratings"in açıqladığı hesabatda deyilir.
Hesabata görə, bu il bank kreditləri üzrə xərclər artacaq: “2020-ci ildə kredit xərcləri 4 %-ə çatacaq. Hansı ki, 2015-2019-cu illərdə bu rəqəm 3,2 % səviyyəsində olub”.
S&P hesab edir ki, pandmeiya və aşağı neft qiymətləri Azərbaycanın iqtisadiyyatına mənfi təsir edib: "Azərbaycan ÜDM-nin 40 %-i, büdcə gəlirlərinin 50 %-i və ixracın 90 %-dən çoxu hidrokarbonat sektorundan asılıdır. Aşağı neft qiymətləri bundan sonra da Azərbaycan iqtisadi inkişaf perspektivinə mənfi təsir edəcək. Kombinasiya olmuş bu həssaslıqlar bank sektorunda yüksək iqtisadi tarazsızlığa və aktivlərin keyfiyyətinə təzyiqlərin artmasına səbəb olur.
Biz 2020-ci ildə Azərbaycan üçün 6,9 %-lik iqtisadi daralma, 2021-ci ildə isə 3 %-lik artım gözləyirik”. (Report)