Maliyyə hesabatlarının düzgünlüyü və bank sektorunda şəffaflığın artırılması üçün audit şirkətlərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
FED.AZ-ın məlumatına görə, 2024-cü il Azərbaycan banklarının audit qurumları ilə işbirliyində bir neçə vacib dəyişikliklə yadda qalıb.
Belə ki, 2024-cü ildə bankların auditini daha çox «Baker Tilly Azerbaijan» şirkəti aparıb. Şirkət ötən il ərzində 7 sifariş alıb ki, bu da bütün bankların 3-də 1-i deməkdir. Hərçəınd 2023-ci ildə «Baker Tilly»nin portfeli daha böyük idi. Lakin 2024-cü ildə «Yelo Bank» bu şirkətdən imtina edərək auditini «KPMG Audit Azerbaycan»MMC-yə həvalə edib. Eyni zamanda «Bank Avrasiya» bu şirkətlə əməkdaşlığı dayandırıb, auditi «RSM Azerbaycan MMC» şirkətinə tapşırıb.
«Ernst & Young Holdings (CIS) B.V.» və «KPMG Audit Azərbaycan» şirkətləri 4 bankın auditini həyata keçirib.
«KPMG Audit Azərbaycan MMC» şirkəti isə 2024-cü ildə «XalqBank» və «YeloBank»ın auditini həyata keçirərək iki yeni müştəri qazanıb. Qeyd edək ki, 2023-ci ildə «XalqBank» «Baltic Capian Audit LLC», «YeloBank»ı isə «Baker Tilly Azerbaijan» şirkəti audit etmişdi.
«YapıKrediAzərbaycan»ın 2023-cü ildə auditini «PWC Azerbaijan» şirkəti etsə də, ötən il bu iş «Ernst & Young Holdings (CIS) B.V. » şirkətinə həvalə olunub.
«TuranBank» və «Bank Melli İran» 2023-cü ildə auditi «Nexia EA» şirkətinə həvalə etsə də, ötən il «TuranBank» «Baker Tilly Azerbaijan»a «Bank Melli İran» isə «Reanda Azərbaycan»a tapşırıb.
Digər bankların audit şirkətləri dəyişməyib və əvvəlki il ilə eyni şirkətlərlə əməkdaşlığa davam ediblər.
Bankın maliyyə hesabatlarını ardıcıl olaraq bir neçə il eyni audit şirkətinə həvalə etməsi hansı riskləri yarada bilər?
Beynəlxalq korporativ idarəetmə standartlarında bir maliyyə qurumunu ardıcıl olaraq bir neçə il eyni audit şirkətinə etibar etməsi tövsiyə olunmayan təcrübə hesab olunur.
Bu risklərin əsas mahiyyətini aşağıdakı kimi izah etmək olar:
Bank və audit şirkəti arasında uzunmüddətli əməkdaşlıq nəticəsində auditorun müstəqilliyi və obyektivliyi zəifləyə bilər. Auditor zamanla bankın daxili proseslərinə həddən artıq alışdığı üçün diqqətlilik səviyyəsi aşağı düşə, risklər və uyğunsuzluqlar əvvəlki kimi sərt və obyektiv qiymətləndirilməyə bilər. Bu vəziyyət “tanınmışlıq effekti” (familiarity threat) adlanır və audit keyfiyyətinə birbaşa mənfi təsir göstərir.
Uzun müddət eyni audit şirkətindən xidmət alınması maraqlar toqquşması riskini də yaradır. Auditor müştərisini itirməmək üçün daha yumşaq və qeyri-kritik mülahizələr təqdim edə bilər. Bu isə bankın maliyyə hesabatlarının şəffaflığına və etibarlılığına xələl gətirə bilər. Bundan başqa, audit şirkətinin uzun illər eyni sahəni yoxlaması səbəbindən yeni metodologiyaların tətbiqi zəifləyə və audit keyfiyyəti tədricən aşağı düşə bilər.
Bir çox ölkələrdə tənzimləyicilər audit şirkətlərinin müəyyən müddətdən sonra rotasiya edilməsini tələb edir. Bu rotasiya edilmədikdə bank əlavə nəzarətə məruz qala bilər və korporativ idarəetmə reytinqi mənfi təsirlənə bilər. Məsələyə investorlar və bazar iştirakçıları tərəfindən də şübhə ilə yanaşıla bilər. Uzunmüddətli dəyişməz auditor əməkdaşlığı “bank nəyisə gizlədir?” kimi suallar doğura bilər və bu, reputasiya riskini artırır.
Nəticə olaraq, ardıcıl 5 il eyni audit şirkəti ilə işləmək auditor müstəqilliyi, audit keyfiyyəti, tənzimləyici uyğunluq və reputasiya baxımından ciddi risklər yarada bilər. Buna görə beynəlxalq təcrübədə audit şirkətinin dövri olaraq dəyişdirilməsi (rotasiya) daha sağlam və şəffaf idarəetmə praktikasının mühüm tərkib hissəsi kimi qəbul olunur.
Daha detallı banklar və auditorlar haqqında aşağıdakı cədvəldə qeyd edilib:
|
№ |
Bank |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
|
1 |
Azərbaycan Beynəlxalq Bankı ABB |
Ernst & Young Holdings (CIS) B.V. |
Ernst & Young Holdings (CIS) B.V. |
Ernst & Young Holdings (CIS) B.V. |
Ernst & Young Holdings (CIS) B.V. |
Ernst & Young Holdings (CIS) B.V. |
|
2 |
Azər‐Türk Bank |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
KPMG Audit Azerbaijan LLC |
Deloitte & Touche LLAC |
Deloitte & Touche LLAC |
|
3 |
AccessBank |
PWC AZERBAIJAN |
PWC AZERBAIJAN |
PWC AZERBAIJAN |
PWC AZERBAIJAN |
PWC AZERBAIJAN |
|
4 |
AFB Bank |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
|
5 |
Azərbaycan Sənaye Bankı |
Grant Thornton Azerbaijan |
Grant Thornton Azerbaijan |
Grant Thornton Azerbaijan |
Grant Thornton Azerbaijan |
Grant Thornton Azerbaijan |
|
6 |
Bank Respublika |
KPMG Audit Azerbaycan" MMC |
PWC AZERBAIJAN |
PWC AZERBAIJAN |
PWC AZERBAIJAN |
PWC AZERBAIJAN |
|
7 |
Kapital Bank |
Ernst & Young Holdings (CIS) B.V |
Ernst & Young Holdings (CIS) B.V |
Ernst & Young Holdings (CIS) B.V |
Ernst & Young Holdings (CIS) B.V |
Ernst & Young Holdings (CIS) B.V |
|
8 |
Paşa Bank |
Ernst & Young Holdings (CIS) B.V |
Ernst & Young Holdings (CIS) B.V |
Ernst & Young Holdings (CIS) B.V |
Ernst & Young Holdings (CIS) B.V |
Ernst & Young Holdings (CIS) B.V |
|
9 |
Unibank |
Baker Tilly Azerbaijan |
KPMG Audit Azerbaycan" MMC |
KPMG Audit Azerbaycan" MMC |
KPMG Audit Azerbaycan" MMC |
KPMG Audit Azerbaycan" MMC |
|
10 |
VTB bank |
Ernst & Young Holdings (CIS) B.V |
Ernst & Young Holdings (CIS) B.V |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
|
11 |
XalqBank |
Baltic Capian Audit LLC |
Baltic Capian Audit LLC |
Baltic Capian Audit LLC |
Baltic Capian Audit LLC |
KPMG Audit Azerbaycan" MMC |
|
12 |
Yelo Bank |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
KPMG Audit Azerbaycan" MMC |
|
13 |
Ziraat Bank |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Grant Thornton Azerbaijan |
Grant Thornton Azerbaijan |
Grant Thornton Azerbaijan |
|
14 |
Bank Avrasiya |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
RSM Azerbaijan |
|
15 |
Yapı Kredi Azərbaycan |
PWC AZERBAIJAN |
PWC AZERBAIJAN |
PWC AZERBAIJAN |
PWC AZERBAIJAN |
Ernst & Young Holdings (CIS) B.V. |
|
16 |
Rabitəbank |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
|
17 |
Expressbank |
PWC AZERBAIJAN |
Baker Tilly Azerbaijan |
“KPMG Audit Azərbaycan” MMC |
“KPMG Audit Azərbaycan” MMC |
“KPMG Audit Azərbaycan” MMC |
|
18 |
Bank of Baku |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
|
19 |
Bank BTB |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
|
20 |
Premium Bank |
Grant Thornton Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
|
21 |
Turan Bank |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
Nexia EA |
Baker Tilly Azerbaijan |
|
22 |
Bank Melli İran |
Best Audit MMC |
Nexia EA |
Nexia EA |
Nexia EA |
REANDA Azərbaycan |
FED.AZ TƏHLİL QRUPU












