Azərbaycanın ən kiçik banklarından olan «Bank Avrasiya»nın maliyyə vəziyyəti məlum olub.
Banklar 2-cü rübü belə başa vurdular - 17 bank mənfəətdə - SİYAHI, MƏBLƏĞLƏR - YENİLƏNİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-cı ilin 2-ci rübünün sonuna olan vəziyyətə bankın aktivləri cəmi 218 milyon manatdır, aktivlərin 4-də biri qədər Mərkəzi Banka borcu var, cəmi kapitalı isə 100 milyon manatdan azdır. Beləliklə, 2026-cı ilin ilk 6 ayında bankın faiz gəlirləri 8 716 min manat təşkil edib. Bunun 6,8 milyon manatı müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləridir.
Bundan başqa, «Bank Avrasiya» digər bank və maliyyə təşkilatlarına verilən kreditlərdən 231 min manat, eləcə də başqa banklarda yerləşdirdiyi deporzitlərdən 1 milyon 36 min manat gəlr əldə edib.
«Bank Avrasiya»nın faiz xərcləri cəmi 1,6 milyon manat olub. 6 ay ərzində bank depozitlər üzrə 623 min manat faiz ödəyib. Bankın Mərkəzi Banka ödədiyi faizlər əmanətçilərə ödəniləndən 1,5 dəfə artıqdır – 974 min manat.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 1 milyon 649 min manat olub. Bunun 418 min manatı komissiyalardan,237 min manatı valyuta əməliyyatlarından daxil olub.
«Bank Avrasiya»nın qeyri-faiz xərcləri isə 5,6 milyon manat olub. Bunun 2 milyon 277 min manatı əmək haqqı üçün sərf edilib, digər xərclər 2 milyon 623 min manat vəsaitə başa gəlib.
Hesabat dövrünün sonunda bankın əməliyyat mənfəəti 2,8 milyon manat olub. «Bank Avrasiya» əməliyyat mənfəətinin böyük hissəsini – 2 milyon manatı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara yönəldib. Nəticədə bankın cəmi 939 min manat mənfəəti qalıb. Bu ötən ilin eyni dövrünə nisbətən 5 dəfə azdır. Çünki ötən ilin ilk yarısında bankın xalis mənfəəti 4.4 milyon manat idi.
İlin ilk yarısının sonunda «Bank Avrasiya»nın aktivlər 218,5 milyon manat olub. Bankın kredit portfeli 142 milyon manat, 37 milyon manatı hesablardakı nağd pul vəsaitlərinin payına düşüb.
«Bank Avrasiya» başqa banklarda 38,5 milyon manat depozit saxlayır, digər maliyyə qurumlarına isə təqribən 5 milyon manat kredit ayırıb. Hesabat dövrünün sonunda bankın cəmi öhdəlikləri 127,7 milyon manat olub.
Fiziki şəxslərin depozitləri təqribən 70 milyon manatdır, hüquqi şəxslərin depozitlərində isə kəskin azalma var. İlin əvvəlindən bəri «Bank Avrasiya»da hüquqi şəxslərin depozitləri təqribən 2 dəfə, yəni 4,8 milyon manat azalaraq 5,3 milyon manata düşüb. Xatırlaaq ki, ilin əvvəlində bu rəqəm 10 milyon manatdan artıq idi.
Maraqlıdır ki, «Bank Avrasiya»nın ən böyük öhdəliyi Mərkəzi Bank qarşısındadır – 51,3 milyon manat. Bu məbləği bankın aktivlərinin 4-də biri qədərdir.
«Bank Avrasiya»nın kapitalı da ölkədə ən kiçik göstəricilər sırasındadır –2026-cı ilin ilk yarısının sonunda bu rəqəm 90,7 milyon manat təşkil edib.







![Şirkətlər «Bank Avrasiya»dakı pulların yarısını çıxarıblar -[red] MƏNFƏƏTI 5 DƏFƏ AZALIB - HESABAT[/red] | FED.az](upload/news/small/2489821.jpeg)
![Şirkətlər «Bank Avrasiya»dakı pulların yarısını çıxarıblar -[red] MƏNFƏƏTI 5 DƏFƏ AZALIB - HESABAT[/red] | FED.az](upload/news/small/3915946.jpeg)










