“Kapitalbank” xidmətlərin rəqəmsallaşması ilə bağlı mövcud filialları bağlamaq niyyətində deyil, əksinə yeni filialların açılışı davam edəcək.
FED.az xəbər verir ki, bunu bankın 11 aylıq maliyyə göstəriciləri ilə bağlı keçirilən mətbuat konfransında İdarə Heyətinin sədri Fərid Hüseynov deyib.
Sədr bildirib ki, “Kapitalbank”ın filiallarının və xidmət nöqtələrinin sayı artıca biz həmin zonalarda müştərilərin rəqəmsal xidmətlərdən istifadəsinin artması prosesini izləyirik: Bəzən müştərilərədə belə bir rahatlıq olur ki, fiziki olaraq ofisə gəlib məsələlərini həll edə bilərlər. Lakin əməliyyatların daha çox hissəsi rəqəmsal olduğuna görə bəzi hallarda buna ehtiyac olmur. Həm filialların fəaliyyəti, eyni zamanda rəqəmsal xidmətlərin göstərilməsi parallel istiqamətdə davam edəcək”.
F.Hüseynov qeyd edib ki, növbəti ildə filialların konsepsiyası müəyyən qədər dəyişə bilər: “Bu bizim Birbank brendinin tranformasiyası çərçivəsində də düşünülür. Gələn ilin əvvəlində çox az sayda filialda testlər aparılacaq ki, bu da bizə daha yaxşı müştəri təcrübəsini qazanacaq. Eyni zamanda müştəri proseslərini daha rahat şəkildə aparılması üçün süni intelekdən də istifadə edəcəyik”.