”Rabitəbank” ASC Müşahidə Şurasının 18 dekabr 2019-cu il tarixli 150 nömrəli qərarına əsasən, 2020-ci il fevral ayının 25-i saat 17.00-da bankın səhmdarlarının növbəti illik ümumi iclası keçiriləcəkdir.
Eləcə də bax: “Accessbank” mənfəətə çıxıb - SƏDRDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə bankın 2019-cu maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının təsdiqi; bankın audit komitəsinin hesabatının təsdiqi; bankın rəhbərlərinə illik bonusların ödənilməsi və cari məsələlər daxildir.
Yığıncağın keçiriləcəyi ünvan–Bakı şəhəri, 28 may küçəsi 33.