Azərbaycanın aparıcı banklarından olan “Accessbank” noyabr ayını mənfəətlə başa vurub.
Bu barədə FED.az-a bankın sədri Anar Həsənov bildirib.
Eləcə də bax: Bank sədri: "Bu il 5-6 milyon MƏNFƏƏTİMİZ OLACAQ"
Onun sözlərinə görə artıq bankın gələn ili ümumiyyətlə mənfəətlə başa vurması gözlənilir.
Bu müddətdə bankın kiçik və orta biznes kreditləri 100 milyon manat artıb. Bankdakı depozitlər isə rekord artım göstərərək 160 milyon manat artıb.
Bankın isçiləri də 100 nəfər artaraq 1250-ə çatıb. Bankın gələn il üçün də kiçik və orta sahibkarliq seqmenyinə yönəlik aqressiv inkişaf planı var.