Ölkədə sahibkarlığın inkişafına dəstək olan Rabitəbank öz biznesini qurmaq istəyən xanımların daim yanındadır.
Belə ki, bank aşağı faiz və yüksək məbləğli biznes krediti təklif etməklə sahibkarlıq istiqamətində qadınların aktiv iştirakını hədəfləyib. “Güc xanımlarda!” biznes kreditinin illik faizi 12,9%-dən, maksimal müddəti 36 ay, maksimal məbləği isə 1 milyon manat təşkil edir. Üstəlik, kredit əldə etmiş xanım sahibkarlar bunun üçün heç bir komissiya haqqı ödəməyəcəklər. Bununla yanaşı, kredit əldə edən işgüzar xanımlara “BizKart” kartı hədiyyə verilir, 1 il xidmət haqqı ödəmədən POS-terminaldan istifadə imkanı yaradılır, həmçinin “İnternet Bankçılıq” və “Mobil Bankçılıq” xidmətləri təklif edilir.
Qeyd edək ki, istehsalat, sənaye, ticarət, xidmət, kənd təsərrüfatı və digər sahələr üzrə sahibkarlıq fəaliyyətlərini genişləndirmək istəyən xanımlar bankın sərfəli “Güc xanımlarda!” biznes kreditindən yararlana bilərlər. Bu təklifdən faydalanmaq üçün filiallara gəlmədən bankın rəsmi veb saytı ilə onlayn sifariş etmək olar. Ətraflı: rbt.az/lady
“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, “İnternet Bankçılıq” platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.