“Rabitəbank” ASC-nin Mühasibatlıq Departamenti direktoruna yeni müavin təyin olunmaqla müavinlərin sayı ikiyə çatıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, yeni təyin olunan müavin Fəridə Qasımzadədir. Buna qədər isə onun təyin olunduğu vəzifə vakant idi.
Eləcə də bax: “Rabitəbank”da - YENİ TƏYİNAT
F.Qasımzadə buna qədər isə “Rabitəbank” ASC-də Əməliyyatlara nəzarət şöbəsinin müdiri idi.
Hazırda bu departamentə rəhbərliyi Baş mühasib olan Məlahət Nəzirova edir.