“Rabitəbank” ASC-nin Biznesin İnkişafı şöbəsinə yeni müdir təyin olunub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, yeni təyinat almış şəxs Elvin Tahirovdur. O, vəzifəsinin icrasına yaxın günlərdə başlayıb.
Qeyd edək ki, o, iş karyerasına məhz bu bankda 2007-ci ildə başlayıb.
Banker.az-a bankdan bildirilir ki, bu şöbə yeni yaradılıb və Biznes və Bankçılıq Departamentinə tabedir.