“Rabitəbank” ASC-nin 2021-ci ilin 2-ci rübündə işçi sayı 865 nəfər olub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə bankın maliyyə hesabatında bildirilir.
Bu ilin 1-ci rübündə isə işçilərinin sayı 848 nəfər olub ki, 17 nəfərin artması deməkdir.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.