“Rabitəbank” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
Eləcə də bax: “Rabitəbank” 2021-ci ili 2 milyon 725 min manat xalis mənfəətlə - BAŞA VURUB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə bankdan bildirilir.
Yığıncağın gündəliyinə “Rabitəbank”ın 2021-ci maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının təsdiqi; bankın audit komitəsinin hesabatının təsdiqi və təşkilati məsələlər daxildir.
Yeri gəlmişkən, bankın 2021-ci illə bağlı maliyyə nəticələri xeyli yaxşılaşıb. Bank tarixində ilk dəfə aktivlərinin həcmi 1 mlrd. manatı ötdü.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.
Bankın səhmlərinin 40.6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı, Müşahidə Şurasının üzvü), 30 %-i Validə Abbasovaya, 11.48 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9.11 %-i Dilarə Nuriyevaya, 7.6 %-i Seyran Nuriyevə (Bankın Baş direktoru), 1.07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0.14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.