“Rabitəbank” ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, “Rabitəbank” 2021-ci ili 2 milyon 725 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ili 2 milyon 180 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Rabitəbank”ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 25% və ya 545 min manat artıb.
Ötən il “Rabitəbank”ın cəmi aktivləri 1 milyard manat səviyyəsini keçərək 1 milyard 178 milyon 72 min manata çatıb. (Marja)