Ötən ilin IV rübündə "Unibank"ın depzoit portfeli yenə böyüyüb.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir
Belə ki, ümumi depzoit portfeli 1 milyard 215 milyon 892 min manat təşkil edib. Onun da 941 milyon 280 min manatını fiziki, 274 milyon 612 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Ümumi depozit portfeli 226 milyon 147 min manat (23%), fiziki şəxslərin depozitləri 169 milyon 924 min manat (22%), hüquqi şəxslərin depozit portfeli isə 56 milyon 224 min manat (26%) böyüyüb.