Ölkənin aparıcı banklarından olan "Unibank" ASC 2023-cü ilin IV rübünün nəticələrini elan edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bank xalis mənfəətini 2022-ci illə müqayisədə 59 dəfə artırıb.
Belə ki, 2023-cü ilin sonunda "Unibank"ın xalis mənfəəti 32 milyon 931 min manat olub. Bu dövrdə bank 8 milyon 576 min manat mənfəət vergisi ödəyib.
Hesabat dövründə bankın faiz gəlirləri 211 milyon 955 min manat təşkil edib ki, bunun da 201 milyon 783 min manatı kreditlər hesabına əldə edilən faiz gəlirlər olub. Ümumi faiz gəlirləri 48 milyon 932 min manat və ya 30%, kreditlərdən əldə edilən faiz gəlirləri isə 44 milyon 432 min manat (28%) artıb.
Bu da 71 milyon 776 min manat faiz xərclərinin 57 milyon 444 min manatını depzoitlər üzrə faiz xərcləri təşkil edib. Göstəricilər müvafiq olaraq 15 milyon 697 min manat (28%) və 11 milyon 674 min manat (26%) artıb.
Beləliklə xalis faiz gəlirləri 28 milyon 324 min manat (27%) artaraq 133 milyon 031 min manata yüksəlib.
Bu dövrdə qeyri-faiz gəlirləri 107 milyon 195 min manat, xərcləri isə 165 milyon 129 min manat təşkil edib. 2022-ci ilin sonu ilə müqayisədə gəlirlər 37 milyon 582 min manat (54%), xərclər isə 15 milyon 322 min manat (10%) artıb.
Əmək haqqı xərcləri də 8 milyo 253 min manat, başqa sözlə 16% artaraq 60 milyon 660 min manata çatıb.
Bank dövrdə 75 milyon 97 min manat əməliyyat mənfəəti əldə edib ki. bu da son bir ildə 50 milyon 584 min manat (3,1 dəfə) çoxdur.
BANK YENƏ BÖYÜYÜR, AKTİVLƏRİ ARTIB
2023-cü ilin son rübündə "Unibank" 1 milyard 590 milyon 659 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 150 milyon 16 min manat (10%) artıb.
Ötən ilin son rübündə "Unibank"1 milyard 47 milyon 741 min manat kredit portfelinə malik olub.
"Unibank"ın kredit portfelinin həcmi son bir ildə 158 milyon 148 min manat (17,8%) böyüyüb.
Onun da 627 milyon 606 min manatını istehlak, 329 milyon 397 min manatını biznes kreditləri, 90 milyon 738 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2022-ci iin sonu ilə müqayisədə istehlak kreditləri 80 milyon 400 min manat (14,7%), biznes kreditləri 55 milyon 72 min manat (20,1%), ipoetka kreditləri 22 milyon 676 min manat (33,3%) böyüyüb.
Ümumi kredit portfelinin 69 milyon 217min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 978 milyon 524 min manat olub ki, bu da son bir ildə 143 milyon 447 min manat, başqa sözlə 17,2% artım deməkdir.
DEPOZİT PORTFELİ BÖYÜMƏKDƏ DAVAM EDİR
"Unibank"ın öhdəlikləri 114 milyon 581 min manat (9%) artaraq 1 milyard 441 milyon 830 min manata çatıb.
Bankın depzoit portfeli də böyüyüb. Belə ki, ümumi depzoit portfeli 1 milyard 215 milyon 892 min manat təşkil edib. Onun da 941 milyon 280 min manatını fiziki, 274 milyon 612 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Ümumi depozit portfeli 226 milyon 147 min manat (23%), fiziki şəxslərin depozitləri 169 milyon 924 min manat (22%), hüquqi şəxslərin depozit portfeli isə 56 milyon 224 min manat (26%) böyüyüb.
Bankın balans kapitalı 35 milyon 434 min manat (31%) artaraq 148 milyon 830 min manata yüksəlib.