“Turan Bank” ASC cari ilin üçüncü rübü üzrə maliyyə hesabatı göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 59 milyon 382 min manat, faiz xərcləri 34 milyon 443 min manat olub.
Faiz gəlirləri illik müqayisədə 14 milyon 813 min manat (33,2%), xərcləri isə təxminən 8 milyon 885 min manat (34,8%) artıb.
Beləliklə xalis faiz gəlirləri 21,8 milyon manat təşkil edib. Bu da illik müqayisədə 4,6 milyon manatdan çox (28%) artım deməkdir.
Qeyri faiz gəlirləri 8,2 milyon manat, xərcləri isə 24,5 milyon manat təşkil edib.
Bundan başqa əmək haqqı və digər kompensasiya növlərinə 12,8 milyon manat (26,7% çox) vəsait xərc çəkilib.
İnzibati xərclərin həcmi isə 6,6 milyon manat (4,1% çox), amortizasiya xərcləri 1,7 milyon manata yaxın (33,2% çox) olub.
Bununla da, “Turan Bank” cari ilin üçüncü rübünü 4 miyon 909 min manat əməliyyat mənfəəti ilə başa vurub.
Bank mənfəət vergisi ödəməyib.
“TuranBank”ın aktivləri cari ilin 3-cü rübü üçün 833 milyon 768 min manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 12 milyon 947 manat, yaxud 1,7% çoxdur.
Nağd pul vəsaitləri 90 milyon 581 min manat, ticarət və investisiya qiymətli kağızlarının həcmi 46 milyon 299 min manat təşkil edib.
Bankın kredit portfeli də 50 milyon 78 min manat, yaxud 9,1% artaraq 598 milyon 573 min manata yüksəlib
Kredit portfelinin 143 milyon 701 min manatı istehlak, 346 milyon 475 min manatı biznes, 108 milyon 397 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb. İstehlak kreditləri təxminən 4,9 milyon manat (3,5%) , daşınmaz əmlak kreditləri 12 milyon 549 min manat (13,1%), biznes kreditləri isə 32 milyon 620 min manat (10,4%) artıb.
"Turan Bank"ın öhdəlikləri 755 milyon 409 min manat təşkil edib ki, bu göstərici də 2022-ci ilin son rübü ilə müqayisədə 24 milyon 154 min manat, yaxud 3,3% artım deməkdir.
Bankın depozit portfeli 436 milyon 591 min manat həcmində olub. Bunun da 390 milyon 933 min manatını fiziki şəxslərin depoziti, 45 milyon 657 min manatını hüquqi şəxslərin depoziti təşkil edib.
Ümumilikdə depozit portfeli 7 milyon 317 min (1,7%), fiziki şəxslərin depozitləri isə 63 milyon 29 min manat (19,2%) artıb.
“Turan Bank” üçüncü rübdə 78 milyon 359 min manat kapitala malik olub.