“Kapital Bank” ASC cari ilin üçüncü rübü üzrə maliyyə hesabatı göstəricilərini açıqlayıb.
- "Express Bank" III rübü 10 milyon manat xalis - MƏNFƏƏTLƏ BAŞA VURDU
- “Muğanbank”ın kapitalı kəskin artdı - BANK DAHA DA MÖHKƏMLƏNİR - HESABAT
FED.az xəbər verir ki, bankın faiz gəlirləri 512,4 milyon manat, faiz xərcləri 78 milyon manat olub.
Faiz gəlirləri illik müqayisədə 67 milyon manat (15,1%), xərcləri isə təxminən 16,6 milyon manat (27%) artıb.
Beləliklə xalis faiz gəlirləri 431,4 milyon manat təşkil edib. Bu da illik müqayisədə 54,5 milyon manatdan çox (14,5%) artım deməkdir.
Qeyri faiz gəlirləri 331,1 milyon manat, xərcləri isə 446,9 milyon manat təşkil edib. Gəlirlər 43,7 min manat (15,2%), xərclər isə 115 milyon manatdan çox (34,7%) artıb.
Bundan başqa əmək haqqı və digər kompensasiya növlərinə 156,1 milyon manata yaxın (13,3% çox) vəsait xərc çəkilib.
İnzibati xərclərin həcmi isə 36,1 milyon manat (2 dəfədən çox), amortizasiya xərcləri 26,1 milyon manata yaxın (79,1% çox) olub.
Bununla da “KapitalBank” cari ilin üçüncü rübünü 315,6 miyon manat əməliyyat mənfəəti, 182 milyon manat xalis mənfəətlə başa vurub.
Bank 53 milyon 351 min manat mənfəət vergisi ödəyib.
“KapitalBank”ın aktivləri cari ilin 3-cü rübü üçün 8 459,4 milyon manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 738 milyon manat, yaxud 9,6% çoxdur.
Nağd pul vəsaitləri 1492,5 milyon manat, ticarət və investisiya qiymətli kağızlarının həcmi 2 211,9 milyon manat təşkil edib.
Qiymətli kağızların həcmi 215,3 milyon manata yaxın (10,8%) artıb.
Bankın kredit portfeli də 682,4 milyon manat, yaxud 21,1% artaraq 3 916,3 milyon manata yüksəlib
Kredit portfelinin 2 148,4 milyon manatı istehlak, 1229,2 milyon manatı biznes, 539 milyon manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb. İstehlak kreditləri təxminən 281,7 milyon manat (15,1%) , daşınmaz əmlak kreditləri 163,6 milyon manat (43,6%), biznes kreditləri isə 237,1 milyon manat (23,9%) artıb.
"Kapital Bank"ın öhdəlikləri 7 605,5 milyon manat təşkil edib ki, bu göstərici də 2022-ci ilin son rübü ilə müqayisədə 600,1 milyon manat, yaxud 8,6% artım deməkdir.
Bankın depozit portfeli 6 483,1 milyon manat həcmində olub. Bunun da 1860,7 milyon manatını fiziki şəxslərin depoziti, 4 622,4 milyon manatını hüquqi şəxslərin depoziti təşkil edib.
Ümumilikdə depozit portfeli 302,2 milyon (4,9 %), hüquqi şəxslərin depozitləri isə 366,3 milyon manat (8,6%) artıb.
Kapital Bank üçüncü rübdə 853 milyon 943 min manat kapitala malik olub. Kapital həcmi 137 milyon 870 min manat, başqa sözlə 19,3% artıb.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 528 milyon 729 min manat səviyyəsində olub. Bu rəqəm də 108 milyon 350 min manat, yəni 25,8% artıb.