Bankımız ASAN Məktub layihəsi çərçivəsində aztəminatlı ailələrin, o cümlədən şəhid övladlarının arzularını gerçəkləşdirib.
Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə növbəti xeyriyyə aksiyasına imza atmışdır.
Bankımız YAŞAT Fondunun təşkilatı dəstəyi ilə “ASAN Məktub” layihəsi çərçivəsində ASAN Könüllüləri ilə birgə aztəminatlı ailələrdən olan uşaqların, o cümlədən şəhid və qazi övladlarının arzularını gerçəkləşdirmişdir.
Layihə çərçivəsində bank əməkdaşları ASAN Könüllüləri ilə birlikdə ASAN Məktub vasitəsilə öz arzularını yazan uşaqların görüşünə getmiş, uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim etmişdir. Bildirək ki, adıçəkilən sosial layihə çərçivəsində TuranBank ümumilikdə 30 uşağı sevindirmişdir.
Məlumat üçün qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bankımız hər zaman şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edir. Bu ənənəyə sadiq qalan bankımız "YAŞAT" Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edir.
Bildiririk ki, TuranBank həssas əhali qruplarına, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələrini, sosial həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalarını davam etdirəcək.
TuranBank
Bizimlə etibarlıdır...