“Turan Bank” ASC-nin səhmdarları Bankın nizamnamə kapitalını daha 4 998 840 və yaxud 7,14% artıraraq 70 004 318 manatdan 75 003 158 manata çatdırmağa qərar verib.
Eləcə də bax: "TuranBank" Avropa bankı ilə növbəti layihəyə - Start Verdi
FED.az xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 082 manat olan 4 620 ədəd yeni adi, sənədsiz, adlı səhm buraxılacaq.
Qiymətli kağızları mövcud səhmdarların alacağı və yaxud kredit təşkilatına yeni səhmdar cəlb ediləcəyi hələ ki, məlum deyil.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 57,8%-i 20 fiziki şəxsə, 42,2%-i isə 8 hüquqi şəxsə məxsusdur.
Bu il noyabrın 6-da, saat 15:00-da “Turan Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilməli idi. Yığıncağın gündəliyi açıqlanmamışdı. (Report)