"Rabitəbank" ASC 2025-ci ilin 1-ci rübünün nəticələrini elan edib.
Bu barədə FED.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir.
Hesabat dövründə bankın faiz gəlirləri 31 milyon137 min manat təşkil edib ki, bunun da 28 milyon 825 min manatı kreditlər hesabına əldə edilən faiz gəlirlər olub. Ümumi faiz gəlirləri 4 milyon 456 min manat və ya 17%, kreditlərdən əldə edilən faiz gəlirləri isə 6 milyon 52 min manat (27%) artıb. Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 1 milyon 490 min manata bərabər olub.
Bundan başqa 11 milyon 661 min manat faiz xərcinin 7 milyon 814 min manatını depzoitlər üzrə faiz xərcləri təşkil edib. Faiz xərcləri 960 min manat (9%) artıb.
Beləliklə xalis faiz gəlirləri 3 milyon 496 min manat (22%) artaraq 19 milyon 476 min manata yüksəlib.
Bu dövrdə qeyri-faiz gəlirləri 9 milyon 505 min manat, xərcləri isə 22 milyon 568 min manat təşkil edib.
Qeyri-faiz gəlirlərinin 7 milyon 116 min manatı alınan haqq və kommisiya gəlirləri təşkil edib.
Xərclərdən əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər isə 3 milyon 26 min manat (48%) artaraq 9 milyon 316 min manata çatıb.
Bundan başqa ümumi və inzibati xərclər 8 milyon 748 min manata, amortizasiya xərcləri isə 2 milyon 196 min manata, digər xərclər isə 2 milyon 306 min manata bərabər olub.
Əvvəlki illə müqayisədə amortizasiya xərcləri 269 min manat (14%) artıb.
"Rabitə Bank" I rübü 4 milyon 657 min manat xalis mənfəətlə baş vurub. Bu da əvvəlki ilə müqayisədə 344 min manat və ya 8% çoxdur.
"Rabitə Bank" bu ilin I rübündə 1 milyard 198 milyon 397 min manat cəmi aktivlərə malik olub. Aktivlər ötən ilin sonu ilə müqayisədə 43 milyon 933 min manat və ya 4% artıb.
Hesabata əsasən bankın kredit portfeli 873 milyon 941 min manat təşkil edib.
Bundan da, istehlak kreditləri 304 milyon 71 min manat, biznes kreditləri portfeli 403 milyon 241 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 166 milyon 651 min manat olub.
İllik müqayisədə cəmi kredit portfeli 25 milyon 879 min manat (3%), istehlak kreditləri 10 milyon 673 min manat (4%), biznes kreditləri 4 milyon 137 min manat (1%), ipoteka kreditləri 11 milyon 069 min manat (7%) böyüyüb.
Bununla yanaşı bankın öhdəlikləri 39 milyon 32 min manat (4%) artaraq 1 milyard 70 milyon 531 min manat təşkil edib.
2025-cü ilin 1-ci rübündə depozit portfeli 12 milyon 837 min manat (2%) böyüyərək 690 milyon 56 min manat olub.
Belə ki, fiziki şəxslərin əmanətləri 7 milyon 531 min manat (2%) artaraq 469 milyon 485 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri 5 milyon 306 min manat (2%) 220 milyon 570 min manat olub.
Ötən ilin sonu ilə müqayisədə Rabitəbankın məcmu kapitalı 4 milyon 901 min manat və ya 4% artaraq 127 milyon 856 min manat, bölüşdürülməmiş mənfəətinin həcmi 4 milyon 657 min manat və ya 51% artaraq 13 milyon 728 min manat təşkil edib.