(®) Rabitəbank İnternet Bankçılıq xidmətlərinə üstünlük verən müştəriləri üçün məhsuluna yeniliklər əlavə edib.
«Rabitəbank»ın ipoteka portfeli - 100 MİLYON MANATI KEÇDİ
Belə ki, İnternet Bankçılıq xidmətinə yeni “Sənəd dövriyyəsi” bölməsi əlavə edilib. Burada hər bir məhsul üzrə tələb olunan sənədlər kateqoriyalara bölünüb və hər bir kateqoriya üzrə tələb olunan sənədlər öz hissəsində görünür. Sənəd dövriyyəsi bölməsində müştərilər imzalanmalı olan sənədlərini görür və Asan imza ilə tək – tək və ya toplu şəkildə sənədləri imzalayırlar. Bu bölmə həmçinin “Göndərilmiş sənədlər” “Tələb olunan sənədlər” və “Qəbul edilmiş sənədlər” kimi funksiyları da özündə birləşdirir.
Yeniliklər bununla da yekunlaşmır: Qarantiya sifarişi bölməsinə “Təminat” seçimi əlavə olunub. Burada əmlak seçimi və ya hesabda nəğd vəsait qarant kimi seçilə bilər.
“Kredit sifarişi” bölməsinə isə əlavə olaraq “Sifarişlərin maliyyələşdirilməsi” və “İnvoysların maliyyələşdirilməsi” funksiyaları əlavə olunub.
“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.