Ölkənin aparıcı banklarından olan «Rabitəbank» ASC-nin ipoteka kreditləri portfeli 100 milyon manatı keçib.
FED.az xəbər verir ki, bankın Riteyl Bankçılıq Departamentinin, ipoteka kreditləri şöbəsinin portfeli 100 milyon manatlıq həddi aşıb.
Xatırladaq ki, son aylar bank ipoteka kredlitləri portfelini sürətlə artırır.
Belə ki, 2022-ci ildə bankın ipoteka kreditləri portfeli 17 milyon manata yaxın artaraq 2022-ci ilin sonunda 99 milyon 868 min manata çatmışdı. İndi isə bu məbəğ 100 milyon manatı keçib.