Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Bank” ASC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edib.
“Azər-Türk Bank” qaydaları pozduğuna görə Mərkəz Bank tərəfindən icrası - MƏCBURİ SƏRƏNCAM ALIB
FED.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində bankda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb.
Son nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən “PAŞA Bank”ın vəzifəli şəxsi Ağdam Rayon Məhkəməsinin qərarı ilə 10 min manat cərimə edilib.