"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsinin Baş direktoru Nikoloz Şurqaya istefa verib.
"PAŞA Bank"ın Gürcüstan törəməsinin səhmdarlarının - PAY BÖLGÜSÜ DƏYİŞİB
FED.az xəbər verir ki, onun yerinə hələ ki, təyinat olmayıb.
"PAŞA Bank Gürcüstan" bəyan edib ki, beynəlxalq sanksiyalara və Gürcüstan qanunvericiliyinin tələblərinə uyğun olaraq fəaliyyətini adi rejimdə davam etdirir, yeni Baş direktoru Gürcüstan Milli Bankı təsdiqləyən kimi onun barəsində məlumat veriləcək.
Xatırladaq ki, "PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 129 milyon laridir (81,3 milyon manat). (Report)