"PAŞA Bank"ın Gürcüstan törəməsi "PASHA Bank Georgia"nın səhmdarlarının pay bölgüsü dəyişib.
"PASHA Bank Georgia"nın Müşahidə Şurasının sədri - BANKDAN AYRILDI
FED.az xəbər verir ki, "PAŞA Holdinq" törəmə bankın səhmlərinin 9.7981%-nə sahib olub. Nəticədə, "PAŞA Bank"ın sözügedən bankdakı payı 90.2019%-ə enib.
Qeyd edək ki, 2013-cü ildə Gürcüstan Mərkəzi Bankı "PASHA Bank Georgia"ya fəaliyyət lisenziyası verib və indiyə qədər bankın 100% "PAŞA Bank" olub. (Apa)