2023-cü ilin III rübündə "Kapital Bank"ın faiz gəlirləri 512 milyon 385 min manat təşkil edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 67 milyon 41 min manat (15,1%) artıb.
2022-ci ilin III rübündə Kapital Bankın faiz gəlirləri 445 milyon 344 min manat olub.