2023-cü ilin III rübündə "Kapital Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) artaraq 3 milyard 916 milyon 565 min manata çatıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 758 milyon 796 min manat (24%) artıb.
Bunun da 2 milyard 148 milyon 372 min manatı istehlak kreditlərinin payına 1 milyard 229 milyon 189 min manatı biznes kreditlərinin payına 539 milyon 4 min manatı isə ipoteka kreditlərinin payına düşüb.
Ötən ilin sonu ilə müqayisədə istehlak kreditləri 315 milyon 266 min manat (17,2%), biznes kreditləri 320 milyon 847 min manat (35,3%), daşınmaz əmlak kreditləri 122 milyon 683 min manat (29,5%) artıb.
Müştərilərə ümumilikdə 3 milyard 485 milyon 686 min manat xalis kredit verilib ki, bu göstərici də son doqquz ayda 630 milyon 453 min manat (22,1%) artım deməkdir