«Kapital Bank» 2024-cü ilin mənfəətini bölüşdürməyə hazırlaşır.
«Kapital Bank» 2024-cü ilin mənfəətini bölüşdürməyə hazırlaşır.
FED.az xəbər verir ki, 28 iyul 2025-ci il saat 11.00-da, "Kapital Bank"ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, ilk dəfə olaraq bu il səhmdarların yığıncağı fərqli ünvanda - ADA Universitetinin ” E” binasında (2-ci mərtəbədə yerləşən “Collaboration Room”) baş tutacaq.
Növbədənkənar ümumi yığıncağın gündəliyinə əsas məsələ 2024-cü ildə əldə edilmiş mənfəətdən səhmdarlara dividend ödənilməsidir: «Kapital Bank» ASC tərəfindən 2024-cü il üzrə maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi»-deyə elanda bildirilir.
Xatırladaq ki, «Kapital Bank» 2024-cü ili 275,8 milyon manat xalis mənfəətlə tamamlayıb. Amma bu məbləğin hamısı səhmdarlara dividend kimi ödənilməyəcək.
FED.az xəbər verir ki, son illər «Kapital Bank» öz səhmlarlarına bir qayda olaraq ildə 170-180 milyon manat dividend ödəyir.
Belə ki, 2022-ci ildə «Kapital bank» 317,7 milyon xalis mənfəət əldə edib, həmin məbləğdən səhmdlarlara 171,1 milyon manat dividend ödəyib.
2023-cü ildə isə Bankın xalis mənfəəti 304,2 milyon manat, səhmdarlarına ödədiyi dividend 176 milyon 112 min manat olub.
Qeyd edək ki, «Kapital bank» demək olar bütünlüklə «Paşa Holdinq»ə məxsusdur. Belə ki, bankın mövcud səhmlərinin 99,89%-inin səhmdarı "Paşa Holing" MMC, qalan 0,11%-nin səhmdarı isə digər fiziki şəxslərdir.