"McKinsey" tərəfindən həyata keçirilən nümunəvi (müqayisəli) bir araşdırma aparılıb. Burada bank müştərilərindən bankları tərəfindən təmin edilən mövcud ödəniş göstəricilərindən nə dərəcədə məmnun olduqları soruşulub. Üç meyar nəzərdən keçirilib: sadəlik, şəffaflıq və izləniləbilirlik".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Cənubi Qafqaz üzrə SWIFT-in ölkə meneceri İrina Lohrer "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bank müştərilərindən ödənişin başladılmasının sadəliyindən nə qədər məmnun olduqları soruşulduqda, müştərilərin yalnız 50%-i real olaraq məmnun olduqlarını bildirib:
"Şəffaflıq meyarına — yəni rüsumlar və komissiyalar üzrə şəffaflığa baxdıqda isə, bank müştərilərinin yalnız 1/3-i öz banklarının mövcud ödəniş göstəricilərindən razı qaldığını qeyd edir.
İzləniləbilirlik haqqında danışarkən isə, hər 10 bank müştərisindən yalnız 2-si öz banklarının şəffaflıq baxımından təqdim etdiyi xidmətdən məmnun olduğunu ifadə edir".
"Beləliklə, dediyim kimi, biz SWIFT olaraq bir bank kooperativi kimi bu meyarları təkmilləşdirmək üçün illərdir çalışırıq və banklar, həmçinin onların müştəriləri üçün transsərhəd (ölkələr arası) təcrübəni yaxşılaşdırmağa kömək edən bir sıra əlavə dəyər yaradan xidmətlər hazırlamışıq.
Əgər ödəniş zəncirinə nəzər salsaq, ödənişin başladılması mərhələsində biz məlumatların avtomatik doldurulmasına imkan verən SWIFT sorğu məlumatları repozitoriyasını təmin edirik", - deyə o, əlavə edib.














