Bəzi ekspertlər qeyd edirlər ki, bankların tərtib etdikləri müqavilələr yalnız onların maraqlarına xidmət edir, müqavilə əhalinin başa düşməyəcəyi hüquqi dildə və kiçik şriftlərlə yazılır. Yəni, bu proses fonunda maliyyə sektorunda istehlakçıların hüquqlarının təmin edilməsi üçün mövcud qanunvericilik məhduddur və təkmil deyil. Bu sahədə hansısa addımlar atıla bilərmi?
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirirb ki, hazırda ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi üzrə qanunvericilik bazası olduqca təkmildir. Əlavə olaraq Mərkəzi Bank tərəfindən də bu məsələyə xüsusi önəm verilməkdədir. Belə ki, hazırda bu istiqamətdə əlavə normativ aktların qəbulu nəzərdə tutulur. 2024-cü ildən etibarən Mərkəzi Bank daxilində ixtisaslaşmış bazar davranışlarına nəzarət və requlyasiya funksiyaları fəaliyyət göstərir və bu ildən etibarən müştəri hüquqlarının qorunmasına risk əsaslı nəzarət mexanizminin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, hər ay Mərkəzi Bank tərəfindən “Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi” yayımlanmaqdadır ki, bu indeks hər hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı nəzərə alınmaqla hesablanır.
Banklar tərəfindən bu maddələrin tələblərinə riayət edilir və istehlak krediti müqaviləsi bağlanılmazdan əvvəl istehlakçılara qeyd edilən məlumatlandırma formaları təqdim edilir. Müqavilə mətnlərində məlumatların istehlakçıların diqqətinə aydın şəkildə çatdırılmasını təmin edən uyğun şrift ölçüləri istifadə edilir",- Zakir Nuriyev deyib. (APA)












