Banklar COP-29 zamanı yaşıl keçidlə bağlı öhdəlik götürüblər.
Ruslan Xəliov: "Yaşıl istiqraz" buraxmağa namizəd olan şirkətlər var"
FED.az xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 4-cü günündə AMB sədri Taleh Kazımov deyib.
O bildirib ki, banklar aktiv surətdə məhz AMB ilə dayanıqlı inkişaf sahəsində işləyir: “Maliyyə stabilliyi bizim üçün çox vacibdir. Stabillik olmasa maliyyə sektoru heç bir vəchlə yaşıl keçidə dəstək göstərə bilməz. Bu mövzu çox önəmlidir. Digər maliyyə sektorları da tədbirlərin görülməsinin əhəmiyyətini dərk edirlər. Onlar konkret tədbirlərin icrasının əhəmiyyətini dərk edirlər. Biz bu istiqamətdə artıq işləməyə başlamışıq. Biz hamılıqla öz gücümüzü səfərbər edib yaşıl keçidə çiyin-çiyinə nail ola bilərik”.
O bildirib ki, bir tərəfdən ekologiyanı mühafizə etmək, digər tərəfdən iqtisadi artımı təmin etmək öhdəliyi var: “Bütün çətinliklərlə yanaşı kifayət qədər fürsətlər də mövcuddur. Biz yeni fürsətlərdən yararlanmalıyıq. AMB olaraq, üzərimizə düşən yaşıl keçidlə bağlı öhdəliyi anlayırıq. Bizim üçün maliyyə stabilliyi çox vacibdir. Həmçinin maliyyə sektoruna da dəstək göstərməliyik. Yaşıl maliyyə taksonomiyasını biz tərtib etmişik və onu bazara COP-dan əvvəl təqdim edəcəyik. Maliyyə təsisatlarına, xüsusilə banklar üçün yeni təlimatlar hazırlanıb. Artıq banklar üzərilərinə düşən meyarlardan istifadə etməlidirlər. Nəzərə alsaq ki, maliyyə sektorunda banklar tərəfindən dominantlıq var. Çünki bu sektorun 90%-i banklardan ibarətdir”. (Apa)