2 may 2023-cü il tarixdə "Bank Respublika" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. 2022-ci il üçün Kənar audit yoxlamasının nəticələri haqqında.
4. "Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinin investisiya qiymətli kağızlarının emitenti olaraq 2022-ci il üzrə illik hesabatının təsdiqi.
Yığıncaq Bankın Xaqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində keçiriləcək.