"Bank Respublika" 2025-ci ilin I rübünün maliyyə nəticələrini açıqlayıb.
-
“Yapı Kredi Bank Azərbaycan” QSC 2025-ci ilin birinci rübünü 2.3 milyon manat mənfəətlə - BAŞA VURDU
FED.az xəbər verir ki, bank 2025-ci ilin I rübündə 65,8 milyon manat faiz gəliri əldə edib.
GƏLİR VƏ XƏRCLƏRDƏ MÜSBƏT DİNAMİKA
Hesabat dövründə "Bank Respublika"nın faiz gəlirləri 65 milyon 818 min manat olub ki, bunun da 59 milyon 98 min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb.
Faiz gəlirləri son bir ildə 11 milyon 668 min manat (22%) , kreditlərən əldə edilən gəlirlər hesabına formalaşan faiz gəlirləri isə 13 milyon 523 min manat (30%) artıb. Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 147 min manat (21%) artaraq 837 min manatı keçib
Faiz xərcləri 5 milyon 319 min manat (27%) artaraq 24 milyon 891 min manata yüksəlib. Bunun da 11 milyon 547 min manatı depozitlər üzrə xərclər 695 min manat (6%) çoxdur.
Beləliklə, "Bank Respublika"nın xalis faiz gəlirləri 40 milyon 927 min manat olub ki, bu da illik müqayisədə 6 milyon 350 min manat və ya 18% çoxdur.
Qeyri-faiz gəlirləri 9 milyon 488 min manat, xərcləri isə 32 milyon 191 min manat olub. Gəlirlər 902 min manat (11%), xərclər 5 milyon 913 min manat (23%) artıb.
Qeyri-faiz gəlirlərinin 6 milyon 717 min manatı alınan haqq və kommisiya gəlirinin payına düşüb ki, bu da illik müqayisədə 266 min manat (4%) artıqdır. Məzənnə dəyiməsi daxil olmaqla xarici valyutadan gəlirlər 636 min manat (30%) artaraq 2 milyon 771 min manata yüksəlib.
Hesabat dövründə əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 18 milyon 420 min manat, ümumi və inzibati xərclər 7 milyon 664 min manat, amortizasiya xərcləri 1 milyon 55 min manat, digər xərclər isə 5 milyon 52 min manat olub. Əvvəlki illə müqayisədə əmək haqqı digər kompensasiya növləri üzrə xərclər 4 milyon 716 min manat (34%), ümumi və inzibati xərclər 469 min manat (7%), amortizasiya 57 min manat (6%), digər xərcləri isə 671 min manat (15%) artıb.
"Bank Respublika" 2025-cü ilin ilk rübünü 3 milyon 600 min manat mənfəət vergisi ödənişindən sonra 14 milyon 474 min manat xalis mənfəətlə başa vurub. Bu 2023-cü ilin sonu ilə müqayisədə 961 min manat (7%) çoxdur.
AKTİVLƏRİ VƏ KREDİT PORTFELİ BÖYÜYÜB
"Bank Respublika" 2025-cü ilin I rübündə 2 milyard 238 milyon 999 min manat akitvlərə malik olub. Aktivlər 2024-cü iilin sonu ilə müqayisədə 62 milyon 366 min manat (3%) artıb.
Bankın kredit portfelində də artım müşahidə olunub. Belə ki, ümumi kredit portfeli 1 milyard 499 milyon 862 min manat təşkil edib. Kredit portfeli 2024-cü ilin sonu ilə müqayisədə 27 milyon 975 min manat (2%) böyüyüb.
Kredit portfelinin 312 milyon 695 min manatını istehlak, 1 milyard 15 milyon 659 min manatını biznes, 151 milyon 508 min manatını ipoteka kreditləri təşkil edib.
Əvvəlki illə müqayisədə istehlak kreditləri 20 milyon 429 min manat (7%), biznes kreditləri 2 milyon 298 min manat (0,2%), ipoteka kreditləri 5 milyon 248 min manat (4%) artıb.
DEPOZİT PORTFELİ 1,2 MİLYARD MANATDAN YÜKSƏKDİR
"Bank Respublika"nın öhdəlikləri 2 milyard 38 milyon 490 min manata, depzoit portfeli isə 1 milyard 212 milyon 241 min manat təşkil edib.
Depozit portfelinin 616 milyon 348 min manatını fiziki şəxslərin əmanətləri, 595 milyon 893 min manatını hüquqi şəxslərin depozitləri təşkil edib.
KAPİTALDA ARTIM DİNAMİKASI
Bankın balans kapitalı 1 milyon 869 min manat (1%) artaraq 200 milyon 509 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi 100 milyon 676 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 973 min manat (2%) çoxdur.