"Bank Avrasiya" ASC-nin faiz gəlirləri 16,5 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon manat və ya 9,3% artım deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın hesabatına istinadən xəbər verir.
Faiz gəlirlərinin artımında əsas rolu müştərilərə verilən kreditlər oynayıb. Müştərilərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirləri bir ildə 793 min manat (6,2%) artaraq 13,5 milyon manata yüksəlib. Bu maddə ümumi faiz gəlirlərinin 82%-ni təşkil edir.
Bankın gəlirlərində artım göstərən digər istiqamət digər banklarda və maliyyə institutlarında yerləşdirilən depozitlər olub. Bu mənbədən gəlirlər bir ildə 377 min manat (28,5%) artaraq 1,7 milyon manata çatıb. Həmçinin digər faiz gəlirləri də 348 min manat (75,8%) artaraq 808 min manat təşkil edib.
Bunun əksinə olaraq, bankın ticarət və investisiya qiymətli kağızlarından əldə etdiyi faiz gəlirləri kəskin azalaraq 170 min manatdan cəmi 15 min manata enib.
"Bank Avrasiya" ASC-nin faiz xərcləri 2,5 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 204 min manat və ya 9% artım deməkdir.
Faiz xərclərinin artımında əsas rolu depozitlərə ödənilən faizlər oynayıb. Depozitlərə görə faiz ödənişləri bir ildə 239 min manat (79%) artaraq 540 min manata yüksəlib.
Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 1,9 milyon manat olub. Bu da illik 65 min manat (3,5%) çoxdur. Bu maddə ümumi faiz xərclərinin 78%-ni təşkil edir.
Nəticədə, xalis faiz gəliri 12,5 milyon manat təşkil edib. Bu da 2024-cü ildəki göstəricilərdən 644 min manat (5,4%) çoxdur.
"Bank Avrasiya" ASC-nin qeyri-faiz gəlirləri bu dövrdə 3,1 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 477 min manat və ya 18,3% artım deməkdir.
Bankın qeyri-faiz gəlirlərinin strukturunda ən kəskin artım alınan haqq və komissiya gəlirləri üzrə baş verib. Bu maddə üzrə gəlirlər bir ildə 1,9 milyon manat (240%), yəni 3,4 dəfə artaraq 2,7 milyon manata yüksəlib.
Bunun əksinə olaraq, xarici valyuta əməliyyatlarından xalis gəliri 65 min manat (14,4%) azalaraq 387 min manata enib.
Digər gəlirlər 22 min manat təşkil edib. Bu da 1,35 milyon manat (98,4%) azalma deməkdir.
"Bank Avrasiya" ASC-nin qeyri-faiz xərcləri 10,5 milyon manat təşkil edib. Nəticədə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 milyon manat və ya 18,9% artım baş veribş
Qeyri-faiz xərclərinin artımında əsas rolu "digər xərclər" və əmək haqqı xərcləri oynayıb. Digər xərclər maddəsi üzrə xərclər bir ildə 1 milyon manat (29,4%) artaraq 4,6 milyon manata yüksəlib və cəmi qeyri-faiz xərclərinin 44%-ni təşkil edib.
Əmək haqqı və digər kompensasiya xərcləri4,6 milyon manata bərabər olub.Bu da illik 581 min manat (14,3%) artıma bərabərdir. Bu maddənin də ümumi xərclərdəki payı 44%-ə bərabərdir.
Ümumi və inzibati xərclər demək olar ki, dəyişməyərək 633 min manat səviyyəsində qalıb. Amortizasiya xərcləri isə 627 min manat təşkil edib. Bu da 2024-cü ilə nəzərən 44 min manat (7,5%) artımın baş verməsidir.
MƏLUMATLAR YENİLƏNİR....











