Ölkənin aparıcı banklarından olan "Azəri Türk Bank" 2024-cü ilin son rübü üzrə maliyyə vəziyyəti göstəricilərini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki. Azəri Türk Bank cari ilin son rübünün nəticələrinə görə 21 milyon 308 min manat xalis mənfəətlə başa vurub. Bankın ödədiyi mənfəət vergisinin həcmi 5,8 milon manata bərabər olub.
Bankın faiz gəlirləri 107,2 milyon manat olub. Faiz gəlirlərinin də böyük hissəsini, yəni 44,7 milyon manatını kreditlərdən əldə edilən faiz gəlirləri olub. Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 71,3 milyon manat təşkil edib.
Əvvəlki illə müqayisədə ümumi gəlirlər 44,7 milyon manat və ya 72%, kreditlərdən əldə olunan gəlirlər 28,6 milyon manat və ya 67%, ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 2,8 milyon manat (54%) artıb.
Bankın faiz xərcləri isə 47,7 milyon manat olub ki, bu da son bir ildə 27,8 milyon manat və ya 2,4 dəfə çoxdur. Faiz xərcinin 42,3 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 26,4 milyon manat, başqa sözlə 2,7 dəfə artıqdır.
Beləliklə, "Azər Türk Bank"ın xalis faiz gəlirləri təxminən 59,5 milyon manat təşkil edib. Bu da illik müqayisə ilə 16,9 milyon manat (40%) artım deməkdir.
ATB-nin qeyri faiz gəlirləri 39,2 milyon manat, xərcləri isə 66,6 milyon manat olub. Gəlirlər 2023-cü ilin IV rübünə olan vəziyyət ilə müqayisədə 9,2 milyon manat (31%), xərclər isə 17,3 milyon manat (35%) çoxdur.
Qeyri-faiz gəlirlərinin 1,2 milyon manatı haqq və komissiya gəlirlərinin, 16 milyon manatı xarici valyutadan gəlirlər, 22,1 milyon manatını digər gəlirlər təşkil edib.
Xərclərin də 28,8 milyon manatı əmək haqqı və digər kompensasiya növləri üzrə xərclərin, 25,7 milyon manatı inzibati xərclərin, 4,7 milyon manatı amortizasiya xərclərinin, 7,3 milyon manatı isə digər xərclərin payına düşüb.
Ötən ilin sonu ilə müqayisədə əmək haqqı xərcləri 9,2 milyon manat (47%), ümumi və inzibati xərclər 5,8 milyon manat (29%), amortizasiya xərcləri 1,4 milyon manat (44%), digər xərclər isə 0,8 milyon manat (12%) artıb.
2024-cü ilin sonunda ATB-nin 2 milyard 84,3 milyon manat aktivlərə malik olub.
Aktivlərin 211,7 milyon manatını nağd pul vəsaitləri, 141 milyon manatını ticarət və qiymətli kağızlar. 6 milyard 799,9 milyon manatını isə kredit portfeli təşkil edib.
Aktivlər son bir il ərzində 1 milyard 88,8 milyon manat (2,1 dəfə), qiymətli kağızlara yatırımlar 133,1 milyon manat (2,7 dəfə) artıb.
ATB-nin cəmi kredit portfeli 2024-cü ilin IVrübündə 2023-ci ilin sonu ilə müqayisədə 352,5 milyon manat və ya 79% böyüyüb.
O cümlədən, "Azər Türk Bank"ın istehlak kreditləri portfeli 66,1 milyon manat (29%) artaraq 295,4 milyon manata, biznes kreditləri portfeli 268,3 milyon manat və ya 7,2 dəfə artaraq 311,8 milyon manata, ipoteka kreditləri portfeli 18 milyon manat və ya 10% artaraq 192,6 milyon manata çatıb.
Bankın öhdəlikləri hesabat dövründə 1 milyard 977,5 milyon manat olub.
ATB-nin depozit portfeli 1 milyard 460 milyon manat təşkil edib ki, onun da 213,1 milyon manatı fiziki şəxslərin, 1 milyard 246,8 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Son bir il ərzində öhdəliklər 1 milyard 66,5 milyon (2 dəfə), ümumi depozit porteli 975,4 milyon manat (3 dəfə), hüquqi şəxslərin əmanətləri isə 976,7 milyon manat (4,6) böyüyüb.
Balans kapitalı 22,3 milyon manat (26%) artaraq 106,8 milyon manata , bölüşdürülməmiş mənfəəti 21,3 milyon manat (72%) artaraq 50,8 milyon manata çatıb.