Xəbər verildiyi kimi, prezident İlham Əliyev ölkə banklarını istehlak kreditlərinə deyil, biznes kreditlərinə üstünlük verməyə çağırıb.
FED.az xatırladır ki, dövlət başçısı Nazirlər Kabineti və Mərkəzi Banka tapşırıb ki bankların kredit portfelindəki istehlak və biznes kreditlərinin bölgüsü barədə ona müntəzəm məlumat versinlər: «Mərkəzi Bank və aidiyyəti nazirliklər, o cümlədən Nazirlər Kabineti bunu nəzarətə götürsün və mənə müntəzəm olaraq məlumat verilsin ki, biznes və istehlak kreditlərinin pay faizi nə qədərdir. Monitorinq daimi olmalıdır».
Qeyd edək ki, FED.az RENKİQNQ belə cədvəli - bankların kredit portfelində istehlak-biznes kreditlərinin payını əks etdirən vəziyyəti - artıq dərc edir.
Aşağıdakı siyahlarıda Azərbaycandakı bütün bankların kredit portfelində biznes və istehlak kreditlərinin payını görmək mümkündür.
FED.az-ın apardığı təhlildən belə məlum olub ki, Azərbaycanda 17 bankın kredit portfelində biznes kreditlərinin payı 50%-dan yuxarıdır. Siyahıda qarşısında faiz göstəricisi olmayan banklar maliyyə hesabatında biznes kreditlərinə nə qədər vəsait ayırdığını göstərməyən banklardır.
FED.az xəbər verir ki, ölkədəki 30 bankdan 19-nun kredit portfelində istehlak kreditlərinin payı 50%-dən yuxarıdır.