2023-cü il bank sektorunda təkcə «GünayBank» və «Muğanbank»ın bağlanması ilə deyil, həm də «Paşa Holdinq»ə məxsus olan iki bank arasında qeyri-rəsmi rəqabətinin növbəti ili kimi qalıb.
FED.az eyni holdinqə məxsus olan bankların fəaliyyətini müqayisə edib.
Bank sektorunun 3-də biri 2 bankın payına düşür
Azərbaycanın bank sektorunda «Paşa Holdinq»ın payı növbəti həddə yüksəlib. Holdinqə məxsus iki bank – «Paşa Bank» və «Kapital Bank» artıq bank sektorunun 3-də birini təşkil edir. Rəsmi məlumatlara görə, 2023-cü ilin sonuna ölkənin bank sektorunun ümumi aktivləri 49,2 milyard manattəşkil edib ki, bunun 17,3 milyard manatını və ya 35,2%-ni «Paşa Bank» və «Kapital Bank» təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə bu rəqəm 34,7% təşkil edirdi (bank sektoru ümumi 47 mlrd, «Paşa» və «Kapital» 16,3 mlrd). Halbuki, 2021-ci ildə bu iki bankın payı 34,1% olmuşdu (bank sektoru ümumi 38,5 mlrd, «Paşa» və «Kapital» 13,1 mlrd).
Ölkənin ən böyük ...ikinci bankı uğrunda yarış – «Kapitalbank» önə çıxdı
Azərbaycanın bank sektorunda baş verən çoxsaylı dəyişikliklərə baxmayaraq bank sektorunun lideri dəyişməz qalıb. Azərbaycan Beynəlxalq Bankı hətta 2023-cü ilin ilk rübündə aktivlərinin bir qədər azalmasına baxmayaraq (13,7 milyard manat) hələ də «Paşa»nın bankları üçün əlçatmazdır.
Ona görə də «Kapital» və «Paşa Bank»ın qeyri-rəsmi böyüklük yarışının əsas hədəfi ölkənin «ən böyük ikinci bankı» və ya «ən böyük özəl bankı» tituludur. Bu yarışda «Kapitalbank» irəlidədir.
2023-cü ildə «Kapitalbank» aktivlərinin həcminə görə, 3 illik fasilədən sonra yenidən «Paşa Bank»dan önə keçib. Ötən il hər iki bank böyüməkdə davam edib, amma «Kapitalbank»da artım sürəti daha yüksək olub. Belə ki, «Paşa Bank»ın aktivləri 131,6 milyon manat və ya 2% böyüyərək 8 651 milyon manata çatıb.
«Kapital Bank»da isə artım göstəricisi 5 dəfə yuxarı olub – 837,5 milyon manat və ya 11% faiz.
Nəticədə 2023-cü ilin nəticələrinə görə isə «Kapitalbank» aktivlərinin həcminə görə «Paşa Bankı»ı «cəmi» 9 milyon manat həcmində geridə qoyub.
Min manat |
Banklar |
Min manat |
“Kapital Bank” |
Banklar |
“Paşa Bank” |
8 659 618 |
Aktivlər 2023 |
8 651 371 |
7 822 172 |
Aktivlər 2022 |
8 519 814 |
10,7% / 837 446 |
Aktivlərin dəyişməsi (%/manat) |
1,5% / 131 557 |
Son 5 illik dinamikaya baxanda bu göstəricidə adətən «Paşa Bank» irəlidə idi – 2019,2020, 2022-ci illərdə. «Kapitalbank» isə 2021-ci və 2023-cü ilin sonunda önə keçib.
Aktivlər Milyon AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
“Paşa Bank” |
4 767 |
5 513 |
6 408 |
8 520 |
8 651 |
“Kapital Bank |
4 143 |
5 227 |
6 709 |
7 822 |
8 660 |
Son 5 il ərzində aktivlərin artımı üzrə orta göstərici də «Kapitalbank»ın xeyrinədir – 131 illik bank son 5 ildə illik 18,6% sürətlə böyüyüb, «Paşa Bank»da bu göstərici 13,5%-dir.
“Kapital Bank” |
Aktivlər dinamika |
“Paşa Bank” |
11,5% |
2019 |
1,5% |
26,2% |
2020 |
15,6% |
28,3% |
2021 |
16,2% |
16,6% |
2022 |
32,9% |
10,7% |
2023 |
1,5% |
18,6% |
2018-2023 (orta) |
13,5% |
Bankların miqyas və ölçülərini göstərən digər göstəriciləri də təqribən eyni trayektoriya üzrə dəyişib.
Öhdəliklərin həcminə görə «Kapital Bank» 2021-ci ildə irəli keçsə də (5,8 milyard manata qarşı 6,1 milyard manat), 2022-ci ildə «Paşa Bank» mövqeyini geri qaytarmağı bacarıb və 2023-cü il nəticələrinə görə də irəlidədir.
Öhdəliklər Milyon AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
“Paşa Bank” |
4292 |
4 972 |
5 831 |
7 857 |
7 814 |
“Kapital Bank |
3 718 |
4 593 |
6 061 |
6 995 |
7 748 |
Kapital göstəricisində «Kapital bank» öndədir.
Sonuncu illik göstərici də «Kapital»ın xeyrinədir – 837 milyon manata qarşı 911 milyon manat.
Özü də bu məbləğin 589 milyon manatı bölüşdürülməmiş mənfəətdir. Bankın sahibləri isə indiyədək bura kapital kimi, cəmi 266 milyon manata yatırıblar. Yəni bankın cəmi kapitalının üçdə bir hissəsini. «Paşa Bank»da vəziyyət fərqlidir. Səhmdarları indiyədək «Paşa Bank»a «Kapital»dan iki dəfə artıq vəsait yatırıblar 783 milyon manat. Amma bir məqam var ki, 2023-cü ildə «KapitalBank»ın kapitalı 10% artdığı halda, «PaşaBank»da bu göstərici 26%-dən artıq olub.
Kapital Milyon AZN |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
“Paşa Bank” |
475 |
541 |
577 |
663 |
837 |
“Kapital Bank |
425 |
634 |
648 |
827 |
911 |
Fiziki şəxslərin əmanətlərində «KapitalBank» «Paşa Bank»ı üstələyib
Son üç ilin nəticələri göstərib ki, «Kapital»a etibar edən fiziki şəxslərin sayı və ya pulu artmaqdadır. 2022-ci ildəki yarım milyard manatlıq artımdan sonra artım dinamikası 2023-də də davam edib. Nəticədə 2023-ün sonuna «Kapitalbank»da əmanətlərin məbləği 2 milyard manata yaxınlaşıb – 1,9 milyard manat.
«Paşa Bank»da isə – 2022-ci ildə fiziki şəxslərin əmanətlərində baş verən azalmadan sonra – əmanətlər artmağa başlayıb və 1 milyard 634 milyon manata çatıb. Amma bu «Kapital»ın ötənilki göstəricisindən də aşağıdır. Ən əsası, bu göstəricidə də artım sürəti «Kapital»ın xeyrinədir – illik 4%-ə qarşı 16%.
Əmanətlər |
2021 |
2022 |
2023 |
“Kapital Bank” |
1 165 milyon |
1 642 milyon |
1 906 milyon |
“Paşa Bank” |
1 641 milyon |
1 569 milyon |
1 634 milyon |
Şirkətlər pullarını yerləşdirməkdə tərəddüd edirlər
Əmanətlərdəki geriliyi «Paşa Bank» şirkət depozitləri ilə kompensasiya edir. 2022-ci ildə «Paşa Bank» hüquqi şəxslərin depozitlərinin həcminə görə irəli keçib və bu vəziyyət 2023-cü ildə də davam edir. 2023-ün sonunda şirkətlərin depozitləri «Paşa Bank»da 5,3 milyard manat, «Kapitalbank»da 4,4 milyard manat olub.
Bununla yanaşı, 2023-də korporativ sektorun depozit portfelləri hər iki bankda azalıb. «Kapital»da ba azalma 39 milyon manat və ya 0,8%, «Paşa Bank»da isə 134 milyon manat və ya 2,4%.
Şirkətlərin depozitləri |
2021 |
2022 |
2023 |
“Kapital Bank” |
4 028 milyon |
4 456 milyon |
4 415 milyon |
“Paşa Bank” |
3 389 milyon |
5 435 milyon |
5 301 milyon |
Bankların «çörək ağacı» - Kredit portfellərinin müqayisəsi
«KapitalBank» və «Paşa Bank»ın kredit portfellərinin cəmi ölkənin bütün bank sistemindəki kreditlərin 30%-nə çatır. «Paşa»nın bankları bu göstəricidə də yalnız Azərbaycan Beynəlxalq Bankından geri qalırlar. Kreditlərin həcminə görə isə «Kapitalbank» öndədir – 2,8 milyard manata qarşı 4,2 milyard manat.
Üstəlik «Kapital»ın kredit portfeli daha sürətlə artır. 2022-ci ildə Bankın kreditləri 500 milyon manat və ya 19% artdıqdan sonra, 2023-cü ildə bu göstəricidə əsl sıçrayış baş verib – 1,1 milyard manat və ya illik 35% artım! «Paşa Bank»da isə kredit portfeli qat-qat yavaş artır – 2022-ci ildə 7,2%lik artımdan sonra, 2023-cü ildə artım sürəti illik cəmi 4%-ə düşüb.
Kredit portfeli |
2021 |
2022 |
2023 |
“Kapital Bank” |
2 653 milyon |
3 158 milyon |
4 272 milyon |
“Paşa Bank” |
2 546 milyon |
2 728 milyon |
2 835 milyon |
«Kapitalbank» «Paşa Bank»ın «ərazisinə» daxil olur
«Paşa» və «Kapital»ın kredit portfelləri ilə bağlı ən maraqlı məqamlar onun həcmi deyil, tərkibidir. Burada son iki ildə diqəti cəlb edən proseslər baş verib. Əvvəla qeyd edək ki, son 4 ilə qədər bu 2 bankın ölkənin ümumi «bank piroqu»nda iddia etdiyi sahələr şərti olaraq bölünmüşdü - . «Paşa Bank» korporativ sektora, «Kapital» isə fiziki şəxslərə fokuslanmışdı. Amma 2020-ci ildən başlayaraq «Kapital Bank» biznes sektoru – kiçik və orta bizneslə daha yaxından işləyir və bu da onun göstəricilərində özünü göstərir.
Biznes kreditləri «Paşa Bank»ın açıq aşkar üstün olduğu sahədir – 2,5 milyard manat və ya bütün potrtfelin 91%-i. «Kapital bank» bu göstəricidə geridədir – 1,3 milyon manat və ya portfelin 32%-i. Amma banklarda dinamika fərqlidir.
Hələ 4 il bundan əvvəl - 2019-cu ilin sonunda «Kapitalbank» elan etdi ki, kiçik və orta biznesə xidmətləri, o cümlədən kreditləşməni artıracaq. O vaxtdan bəri bankın biznes kreditləri daha sürətlə artmağa başlayıb.
2022-ci ildə «Kapita Bank»da biznes kreditləri 150 milyon manat və ya 20% artıb. «PaşaBank» artım cəmi 50 milyon manat və ya 2% olub. Artım tempi 2023-cü ildə davam edib. Belə ki, «Kapita Bank»da biznes kreditləri 441 milyon manat və ya 49% artıb, «PaşaBank» artım 11% həcmində - 248 milyon manat olub.
Nəticədə əgər 2022-ci ilin sonunda «Paşa»nın biznes kredit portfeli «Kapital»ı 2,6 dəfə üstələyirdisə, 2023-ün sonunda bu fərq 2 dəfədən də azdır.
İstehlak kreditlərində isə 2023-cü ilin nəticələrinə görə «Paşa Bank»da geriləmə olub. Bu kreditlərdə «Kapitalbank»ın istehlak kreditləri il ərzində 520 milyon manat və ya 28% artsa da, «Paşa Bank»da istehlak kreditləri 2022-ci illə müqayisədə 184 milyon manat və ya 3 dəfə azalıb.
“Kapital Bank” |
Kredit növləri (2023) |
“Paşa Bank” |
1 349 734 |
Biznes kreditləri |
2 594 324 |
441 392 / 48,5% |
Biznes kreditlər dinamika (min manat / %) |
248 090 / 10,5% |
|
|
|
2 353 575 |
İstehlak kreditləri |
85 675 |
520 469 / 28,3% |
İstehlak kreditləri dinamika (min manat / %) |
-184 864 / -68,3% |
|
|
|
568 513 |
Daşınmaz əmlak kreditləri |
155 445 |
152 192 / 36,5% |
Daşınmaz əmlak kreditləri dinamika (min manat / %) |
44 164 / 39,6% |
Portfellərin gəlirliyi – faiz gəlirləri
Daha bir maraqlı məqam – kredit portfelinin gəlirliyidir. Yuxarıda qeyd edildiyi kimi, «Kapitalbank» istehlak, «Paşa Bank»isə biznes kreditləri üzrə ixtisaslaşıb. Bu məqam kredit portfelinin gəlirliyinə də təsirini göstərir.
2023-cü ildə «Kapital Bank»ın kredit portfeli üzrə faiz gəlirləri 537 milyon manat, kredit portfelinin gəlirliliyi 12,5% təşkil edib.
«Paşa Bank»ın kreditdən faiz gəlirləri isə 226 milyon manat, portfelin gəlirliliyi isə təqribən 7,9% təşkil edib.
Kredit portfeli gəlirlilik– 2023 |
|||
Banklar |
Kredit portfeli |
Kredit faizi riski |
Portfelin şərti gəlirliliyi |
«Kapital Bank» |
4 272 milyon AZN |
537 milyon AZN |
12,5% |
«Paşa Bank» |
2 835 milyon AZN |
226 milyon AZN |
7,9% |
Amma bu banklar təkcə kredit portfelindən qazanmırlar. «Paşa Bank» və «Kapitalbank» ölkənin qiymətli kağızlar bazarının ən böyük investorlarındandırlar.
«Paşa Bank» qiymətli kağızlara – xüsusilə də dövlət istiqrazlarına 2 milyard 013 milyon manat yatırıb 124 milyon manat əldə edib – şərti gəlirlilik göstəricisi 6%.
«Kapital Bank» isə bu sahəyə 1 milyard 587 milyon manat yatıraraq 113 milyon manat qazanıb – şərti gəlirlilik göstəricisi – 7%.
Qiymətli kağızlar portfeli gəlirliyi – 2023 |
|||
BANKLAR |
QK sərmayələr |
QK faiz gəliri |
Portfelin şərti gəlirliliyi |
«Kapital Bank» |
1 587 milyon AZN |
113 milyon AZN |
7,1% |
«Paşa Bank» |
2 013 milyon AZN |
124 milyon AZN |
6,1% |
Hər iki bank digər banklara kreditlər verir və depozitlər yerləşdirir
«Paşa Bank» 2023-cü ildə başqa banklara 1 614 milyon manatlıq kredit verib və ya depozit yerləşdirib, bundan - 98 milyon manat əldə edib. Şərti gəlirlilik göstəricisi – 6%
«Kapital Bank» isə ötən il başqa banklara kredit və ya depozit formasında 314 milyon manat yerləşdirib, bundan 43 milyon manat əldə edib. Şərti gəlirlilik göstəricisi – 13,6% təşkil edib.
Ümumiyyətlə faiz gəlirləri sahəsində «Kapitalbank» 2023-ci ildə «Paşa Bank»ı 256 milyon manat üstələyib - 448 milyon manata qarşı 704 milyon manat
Başqa banklardakı depozit və kredit portfeli gəlirliyi – 2023 |
|||
Banklar |
Kredit-depozit portfeli |
Faiz gəliri |
Portfelin şərti gəlirliliyi |
«Kapital Bank» |
314 milyon AZN |
43 milyon AZN |
13,6% |
«Paşa Bank» |
1 614 milyon AZN |
98 milyon AZN |
6,0% |
Gündə 1 milyon manat komissiya haqqı gəliri
Qeyri-faiz gəlirlərində də «Kapitalbank» rəqibini təqribən 2 dəfə qabaqlayır. 2023-ci ildə bankın qeyri-faiz gəlirləri 21% artaraq 477 milyon manata çatıb. «Paşa Bank»ın qeyri-faiz gəlirləri isə 19% artımla 221 milyon manata yüksəlib.
«Paşa Bank» kütləvi bank olmadığına görə, komissiya gəlirləri daha kiçik miqyasdadır – ildə 142 milyon manat.
Qeyri-faiz gəlirləri |
2022 |
2023 |
“Kapital Bank” |
394 milyon AZN |
477 milyon AZN |
“Paşa Bank” |
185 milyon AZN |
221 milyon AZN |
Əsas məsələ - hansı bank səhmdara daha çox qazanc gətirir?
«Paşa Holdinq»in Azərbaycandakı hər iki bankı yüksək mənfəətlə işləyir. Xalis mənfəət göstəricisinə görə, «Kapital Bank» öz rəqibini təqribən üstələyir. Amma 2022-ci ildə hər iki bankın xalis gəliri 65-70% artdığı halda 2023-cü ildə artım yalnız «Paşa Bank»a aid olub.
Xalis mənfəət göstəricisi 2023-cü il üzrə «Paşa Bank»da 50 milyon artaraq 199 milyona çatıb, artım 34% olub. «Kapital Bank»ın mənfəəti isə 66 milyon azalaraq 242 milyona düşüb, azalma 21% həcmindədir.
Xalis mənfəət |
2021 |
2022 |
2023 |
KapitalBank |
180 milyon AZN |
308 milyon AZN |
242 milyon AZN |
Paşa Bank |
90 milyon AZN |
149 milyon AZN |
199 milyon AZN |
5 ildə 1,1 milyard manat xalis mənfəət
Ümumilikdə son 5 ildə «Paşa Bank» 587 milyon manat xalis mənfəət əldə edib. Bankın orta illik mənfəət göstəricisi 117 milyon manatdır. «Kapital Bank» isə bu dövrdə 1 168 milyon manat qazanıb. Orta illik mənfəət göstəricisi 234 milyon manat təşkil edib.
Xalis mənfəət |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
|
|
|
|
|
|
“Kapital Bank” |
135 mln AZN |
303 mln AZN |
180 mln AZN |
308 mln AZN |
242 mln AZN |
“Paşa Bank” |
65 mln AZN |
84 mln AZN |
90 mln AZN |
149 mln AZN |
199 mln AZN |
Gəlirlilik göstəriciləri ROA və ROE üzrə – «Kapitalbank» irəlidədir
Bankların fəaliyyətinin səhmdarlar üçün əsas göstəricilərindən biri - ROE əmsalı – bankın xalis mənfəətinin onun kapitalına nisbətidir. Bu göstərici üzrə müqayisədə «Kapitalbank» rəqibini xeyli qabaqlayır. 2023-cü ildə «KapitalBank»ın ROE göstəricisi 26,57% olduğu halda, «Paşa Bank»da bu göstərici 23,79% olub. Təxminən eyni mütənasiblik həm də ROA əmsalında da müşahidə edilir.
Kapitalın gəlirliyi - ROE
ROE əmsalı |
2022 |
2023 |
“Kapitalbank” |
37,26% |
26,57% |
“Paşa Bank” |
22,53% |
23,79% |
Aktivlərin gəlirliyi– ROA
ROA əmsalı |
2022 |
2023 |
“KapitalBank” |
3,94% |
2,80 |
“Paşa Bank” |
1,75% |
2,30 |