“PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvlərindən biri 30 dekabr tarixindən etibarə vəzifədən ayrılacaq.
Sahil Babayevdən - Yeni təyinat
FED.az xəbər verir ki, bu, Calal Orucov Cümşüd oğludur.
Onun yerinə təyinat olmayıb və hazırda sədrlə birlikdə İdarə heyəti dörd nəfərdən ibarətdir.
Calal Orucov 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və Kredit fakültəsi üzrə bitirmişdir. Əmək fəaliyyətinə 2001-ci ildə Avropa İttifaqının TACİS proqramı üzrə koordinasiya bürosunda aparıcı mütəxəssis kimi başlamışdır. 2002-2005-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və İnformasiya texnologiyaları departamentində aparıcı mütəxəssis və şöbə rəisi vəzifələrində çalışmışdır. 2005-2006-cı illərdə Mərkəzi Bankın “MilliKart” prosessinq mərkəzinin direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2006-2016-cı illərdə “MilliKart” MMC-nin icraçı direktoru vəzifəsində çalışmışdır. 2016-2017-ci illərdə “Unibank” KB-də Texnologiyalar üzrə direktor, 2017-2018-ci illərdə isə Azərbaycan Beynəlxalq Bankında Baş direktor vəzifələrində fəaliyyət göstərmişdir.
2018-ci ilin mart ayından etibarən “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü, Baş Əməliyyat İnzibatçısı vəzifəsində fəaliyyət göstərmişdir. (Banker.az)














