“PAŞA Bank” ASC-nin Müşahidə Şurasının (MŞ) üzvü, eləcə də Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-nin Risklərin idarə edilməsi Departamentinin direktoru Kəmalə Nuriyeva “Kapital Bank” ASC-nin MŞ-na üzv seçiləcək.
Bununla bağlı qərarın “Kapital Bank”ın səhmdarlarının sabah keçiriləcək növbəti ümumi yığıncağında qəbul ediləcəyi gözlənilir.
K.Nuriyeva bank sektorunda işə 1996-cı ildə, vaxtilə mövcud olmuş “Post Bank”da başlayıb, 2007-ci ilə qədər “Bank of Baku” və “Unibank” ASC-lərdə çalışıb. O, 2007-2011-ci illərdə “PAŞA Bank”ın daxili audit meneceri, 2011-2012-ci illərdə Risklərin idarə edilməsi Departamentinin direktoru, 2012-2013-cü illərdə Audit Komitəsinin üzvü və sədri işləyib, 2013-cü ildən sonra isə “PAŞA Holdinq”də hazırda icra etdiyi vəzifəyə təyin olunub.