2023-cü ilin IV rübünün yekunlarına əsasən, Azərbaycanda 1 bankın kapitalı 1 milyard manatdan çoxdur.
FED.az bu barədə bankların hesabatına istinadən xəbər verir.
Ən yüksək kapitala malik olan bank “Azərbaycan Beynəlxalq Bank”ıdır – 5 milyard 810 milyon 217 min manat.
Bundan başqa üç bankın kapitalı yarım milyard manatdan artıqdır.
Kapitalı görə “Kapital Bank” 911 milyon 289 min manatla ikinci, “Paşa Bank” isə 837 milyon 192 min manatla üçüncü yeri tutur.
“Xalq Bank”ın IV rübdə kapitalı isə 504 milyon 274 min manat olub.
Ən aşağı balans kapitalına malik olan bank isə “Bank Melli İran” (41 milyon 157 min manat) olub.
Bankların balans kapitalı üzrə göstəriciləri ilə daha ətarflı tanış olmaq üçün FED.az RENKİNQ-də izləyə bilərsiniz.