2024-cü il avqust ayının 1-nə Azərbaycanda fiziki və hüquqi şəxslərin ümumi depozit portfeli (maliyyə institutları istisna olmaqla) 34 milyard 381.3 milyon manat təşkil edib.
Mərkəzi Bank I yarımildə 136 min manata yaxın cərimə və maliyyə sanksiyası tətbiq edib
FED.az Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi cari ilin iyul ayının 1-i ilə müqayisədə 2.3% və ya 803.7 milyon manat azalıb.
Qeyd edək ki, ötən ay fiziki şəxslərin depozitləri əvvəlki ayla müqayisədə 219.3 milyon manat azalaraq 13 milyard 661 milyon manat, hüquqi şəxslərin depozitləri isə 584.5 milyon manat azalaraq 20 milyard 720.3 milyon manat təşkil edib.
Xatırladaq ki, iyul ayında bank sektorunun cəmi aktivləri 50 milyard 328.1 milyon manatdan 1 milyard 238.8 milyon manat azalaraq 49 milyard 89.3 milyon manata enib. (Apa)